Әdәbiyyat:
1) Qurbanov. A. Azәrbaycan onomologiyasının әsasları. I c. - Bakı. 2019. - 278 s.
2) Rәşidәddin. F. Oğuznamә. - Bakı: Azәrnәşr. 1982. - S. 122
3) Sümәr. F. Oğuzlar. Bakı: Yazıçı, 1992. - 201 s.
4) Vәliyev K. N. Elin yaddaşı, dilin yaddaşı. - Bakı: Gәnclik, 1988, s. 21
5) Әbülqazi Bahadur xan. Şәcәreyi tәrakimә (Tükmәnlәrin soy kitabı). - Bakı, 2002. - S.
132.
369
İRAQ TÜRKMӘNLӘRİNİN LӘHCӘSİNDӘ YAD DİLLİ ÜNSÜRLӘR
Гурбанлы И.
Әзірбайжан Ұлттық ғылым академиясы, Насими атындағы Тіл білімі
институты, «тілі тарихы» бөлімі, филология ғылымдары бойынша философия
докторы, Әзірбайжан, Баку қ.
Uzaq vә yaxın qohum dillәr vә ya mikrodillәr (lәhcә, dialekt, şivә vә s.) arasında
differnsasiya hadisәsini müәyyәnlәşdirmәk bәzәn çәtin olur. Mәsәlәn, bir-birinә o qәdәr
dә uzaq mәsafәdә yerlә. mәyәn alman dialektlәri arasındakı fәrq türk dillәrinә nisbәtәn
daha çoxdur. Aşağı vә yuxarı alman dialektlәri bir-birindәn kәskin fәrqlәnir. Eyni ailәyә
daxil olan alman vә ingilis dillәri arasındakı fәrqlәr dә nәzәrә çarpacaq qәdәr çoxdur.
Lakin inkar edilmәz faktdır k, eyni köklü dillәr vә ya dialektlәrdә dilin tәbii dәyişilmәsi
vә ya dil daxilindәki dәyişiklәr müәyyәn bir xәtt üzrә baş verir. Yәni, bir sәsin dәyişmәsi
müәyyәn bir fonoloji qanunauyğunluğa tabedir: a sәsinin qapanması, önә keçәrәk
incәlmәsi, dodaqlanması vә s; ῆ sәsinin parçalanıb y, n, ğ, v vә s. sәslәrә dönüşmәsi;
y-laşmış t sәsinin saflaşması, cingiltilәşmәsi vә s.; müәyyәn sәslәrin dövrlәrә görә daha
öndә deyilmәsi vә bu kimi bir çox fonoloji hadisәlәri sadalamaq mümkündür.
Maraqlı cәhәtlәrdәn biri dә odur ki, izolyasiya şәraitindә olan, hәmçinin başqa yad
dillәrlә qarışan dil vә ya dialekt özündә әski dil ünsürlәrini daha yaxşı mühafiaә edir. Buna
sәbәb hәmin dildә tәbii proseslәrin donması ilә әlaqәlәndirә bilәrik. Misal üçün, çuvaş
vә ingilis dillәrindә öz dil qruplarına aid xüsusiyyәtlәr daha çox mühafizә edilmişdir.
Bildiyimiz kimi, s sәsinin ş-ya keçidi sonrakı prosesdir. İngilis dilindә school, alman
dilindә Schule yazılan mәktәb sözü, ingilis dilindә skul, alman dilindә şu῟lә oxunur. Belә
ki, ingilis dili german dil qrupuna aid olsa da, roman dillәriylә sıx şәkildә qarışmışdır.
XV әsrә qәdәr İngiltәrәdә üç dilin birgә istifadәsi yer alırdı. 1066 ildә Normanların
Britaniyanı işğal etmәsi sәbәbiylә qәdim ingilis dilinә fransız dili vә tәbii olaraq latın
dili qarışır. İngilis dili cәmiyyәtin aşağı qatlarında qalib gәlsә dә (1272–1307 ilk İngiltәrә
kralı Eduard I ingili dilindә danışmağa başlayıb) fransız dili XV әsrә qәdәr hakimiyyәt vә
yüksәk elita dili kimi fәaliyyәt göstәrmişdir. Zadәgan ailәlәri öz uşaqlarını Normandiyaya
göndәrirdirdilәr ki, gözәl fransızca öyrәnsinlәr.
Başqa dillәrlә qarışımış olan ingilis dilindә әski fonoloji hadisәlәr donuq vәziyyәtdә
qalıbdır. Bu sәbәbdәn s sәsinin ş sәsinә keçidi alman dilindә baş vermiş, ingiliscәdә isә
s mühafizә edilmişdir. Eyni şәkildә ingilis dilindә әksәr Hind-Avropa dillәrindәn fәrqli
olaraq y-lı t sәsi müәyyәn dövrә qәdәr mühafizә edilmiş, lakin sonralar y sәsi kimi istifadә
edilmişdir. Bu sәbәbdәn tı, tu kimi sәslәn sәn(siz) ingiliscәdә yu kimi kimi istifadә
edilmәkdәdir. Bütün buna bәnzәr mühafizәkar hadisәlәr, yuxarıda qeyd etdiyimiz kmi,
ingilis dilinin roman dillәriylә sıx qarışması nәticәsindә baş verәn tәbii sәs keçidlәrinin
donuq vәziyyәtdә qalmasıyla әlaqәdardır.
Heç tәәcüblü deyil ki, qәdim türk dillinә mәnsub bir çox sözlәr çağdaş türk dillәrindә
istifadәdәn çıxmasına baxmayaraq rus dilinә vaxtilә keçmiş vә bu gündә istifadә edilir.
Çünki hәmin sözlәr yad dildә donuq vәziyyәtdә qorunub saxlanır vә leksik vahidlәrin
tәbii mübarizәsindә iştirak etmirlәr.
370
Yaxud, çuvaş dilndә umumtürk a( o) sәsi va diftonquyla ifadә edilir. Mәsәlәn, ağac
sözü çuvaşcada yyvăç kimi, otuz sözü vatar vә s. kimi sәslәnir.
Bu, әlbәttә ki, çuvaşların başqa türk xalqlarından dini sәbәblәrdәn izolyasiya şәkilndә
yaşamasıyla әlaqәlәndirilә bilәr. Lakin faktdır ki, çuvaş dilindә ümumtürk dili fonunda
baş verәn fonoloji hadisәlәr daha lәng gedib.
Uzun illәr әrәb dilinin tәsiri altında qalmış İraq türkmәnlәrinin lәhcәsi dә başqa
izolyasiya şәraitindә olan vә ya başqa bir sәbәbdәn yad dil tәsiri altında olan dillәr (dialekt)
kimi özünәmәxsus xüsusiyyәtlәr qazanmışdır.
Bu haqda Qәzәnfәr Paşayevin « İraq türkmәnlәrinin lәhcәsi» әsәrindә rast gәlirik.
Müәllif haqlı olaraq boğaz sәslәrinin lәhcәdәki varlığını әrәb dilinin tәsiri altında baş
vermiş hadisә kimi dәyәrlәndirir: » Adi h sәsinә nisbәtәn daha boğazda deyilәn kar h
sәsi Azәrbaycan dilinin Quba dialektindә vә Tala şivәsindә dә qeydә alınmışdır. Kәrkük
şivәlәrindә boğaz h sәsi, görünür, әrәb dilinin tәsiri ilә bağlıdır. Ümumiyyәtlә, belә
innovasiyalar (mәxrәcindәn çıxma) yad dil tәsiri ilә baş verir. Tәsadüfü deyil ki, Quba
vә Tala şivәlәri dә İber-Qafqaz dillәri ilә kontakt zonalarıdır. » ( s. 74). Lakin lәhcә
mәnsublarının nitqini incәlәyәrkәn belә bir faktla rastlaşır ki, ali tәhsil almış vә natamam
tәhsilli insanların nitqi arasında müәyyәn fonoloji fәrqlәr hiss olunur.
Tәhsil almış insanların nitqindә әrәbvari boğaz sәslәri daha üstünlük tәşkil edir. Lakin
natamam tәhsilli insanların nitqindә boğaz sәslәri azlıq tәşkil edir vә oppozisiya tәşkil
edә bilmir. Xüsusәn dә, İraq türkmәn qadınlarının nitqi bu baxımdan daha tәmizdir.
Bildiyimiz kimi, İraqda bir çox şәrq ölkәlәrindә olduğu kimi, qadınlar çox nadir hallarda
tәhsil alırlar. Bu da öz növbәsindә çalışan qadınların sayının nisbәtәn aşağı olduğu
ölkәlәrdir. Tәhsilli vә çalışan qadınların sayı az olduğundan onların yad dilli insanlarla
münasibәti seyrәk şәkildәdir, bu da öz növbәsindә hәmin qadınların nitqinә yad dillli
tәsirin az olmasıyla nәticәlәnir. Respondentlәrimizdәn topladığımız material bizә әsas
verir ki, İraq türkmәnlәrinin dilini incәlәrkәn lәhcә daşıyıcılarını tәhsilli vә natamam
tәhsilli olaraq iki hissәyә ayıraq. Qeyd edәk ki, tәhsilsiz әhalinin sırasına biz uşaq nitqini
dә daxil etmişik. Çünki tәzә dil açmış vә mәktәbә getmәyәn uşaqların dilindә dә yad dili
tәsiri özünü az göstәrir. Respondentlәr arasında üç azyaşlı uşaq, qadın, bir 25 yaşlı tәhsilli
gәnc, iki orta yaşlı tәhsilli kişi yer almışdır.
Alınan material AMEA Nitq texnologiyaları laboratoriyasında eksperimental aspektdәn
tәhlil edilmişdir.
Xüsusәn, a vә ә sәslәrinin tәlәfüzündә fәrqlәr hiss olunur. Belә ki, uşaqların vә qadın
nitqindәki a vә әsәslәri daha öndә tәlәffüz edilir. Lakin tәhsilli vә yaşı 25-dәn yuxarı olan
kişilәrin nitqnidә a vә ә sәslәri daha arxada boğaz sәslәri kimi eşidilmәkdәdir.
Bütün bu hadisәlәr araşdırılan lәhcәdә boğaz sәslәrinin varlığını mәhz әrәb dilinin
tәhsildә önәmli yer tutması vә eyni zamanda İrakda yeganә dövlәt dili olması sәbәbiylә
kiçik dillәrә tәsiri nәticәsi olduğunu göstәrir.
371
жүктеу/скачать Достарыңызбен бөлісу: |