60х84 1-8 Сарыбаев indd


бет172/179
Дата04.10.2022
өлшемі
#41249
1   ...   168   169   170   171   172   173   174   175   ...   179
Пайдаланылған әдебиет: 
1. Оразбаева Ф. Тілдік қатынас пен қатысым әдісінің ғылыми теориялық негізде-
рі. Пед. Ғыл. докт. дис. -Алматы. 1996. 
2. Гальскова Н. Д., Гез Н. И.  Теория обучения иностранным языкам. Лингводи-
дактика и методика. М.: Академия. 
3. Дейк ван Т. А.  Язык. Познание. Коммуникация. М., 1987. 
4. Шлыкова О. В.  Культура мультимедиа. М., 2004. 


366
«OĞUZNAMӘ» LӘR ONOMASTİK MӘNBӘ KİMİ
Бахшыева Т.
филол. ғ. д., Әзірбайжан Ұлттық ғылым академиясы, Насими атындағы Тіл білімі 
институты, «қолданбалы тіл білімі» бөлімі, Әзірбайжан, Баку қ.
Türklәrin keçmişini әks etdirәn qaynaqların arasında «Oğuznamә»lәr xüsusi yer tutur. 
«Oğuznamә»lәr oğuzların tarixini, mәdәniyyәtini nәsildәn-nәsilә keçirәn ümumtürk abidә-
sidir vә misilsiz dәyәrә malikdir. Mövcudluğuna görә onomastik mәnbәlәrin iki növü vardır: 
şifahi vә yazılı. [1. s. 64]. Şifahi onomastik mәnbәlәrdәn olan«Oğuznamә»lәrdә üzәrindә araş-
dırma aparılmasına ehtiyac duyulan, linqivistik baxımdan maraq doğuran onomastik vahidlәr 
çoxdur. Bu qaynaqların türklәrin, o cümlәdәn oğuzların qәdim tarixini, dilini, etnogenezini 
öyrәnmәk baxımından әhәmiyyәti böyükdür. «Oğuznamә»lәrdә qeydә alınmış onomastik lek-
sikanın tarixi-linqivistik istiqamәtdә tәdqiqi türk xalqlarının tarixi onomastikasını öyrәnmәk 
baxımından dәyәrlidir. Buradakı onomastik vahidlәrin müәyyәnlәşdirilmәsi, dil xüsusiyyәt-
lәrinin hәrtәrәfli araşdırılması böyük әhәmiyyәt daşıyır. Mәnbәdәki onomastik vahidlәrin öy-
rәnilmәsi ümumtürk, elәcә dә Azәrbaycan onomologiya elmi üçün çox vacib mәsәlәlәrdәndir. 
«Oğuznamә»lәrdә qәdim oğuz-türk tayfaları vә onların әcdadı Oğuz xan (Oğuz xaqan) 
haqqında epik rәvayәtlәr toplanmışdır. Bu abidәlәrdә oğuzların tarixi, döyüşlәri, dünyagörüş-
lәri, mifoloji baxışları vә s. ilә bağlı mәlumatlar verilmişdir. Abidәlәrin tәdqiqi sayәsindә oğuz 
qrupu türk dillәrinin qәdim lüğәt tәrkibi barәdә zәngin, maraqlı fikirlәr әldә etmәk mümkün-
dür. «Oğuznamә»lәrdә türklәrin islama qәdәrki tәfәkkürü, baxışları ilә bağlı dolğun infor-
masiya vardır. Bu abidәlәr türk dillәri vә dilçiliyi üçün qiymәtli mәnbәdir. «Oğuznamә»lәr 
bir deyil, bir neçә qohum xalqa mәxsus abidәdir. Burada qeydә alınmış toponimlәrin tәdqiqi, 
onların linqvistik xüsusiyyәtlәrini müәyyәnlәşdirilmәsi, tәhlil edilmәsi türk xalqlarının, o 
cümlәdәn Azәrbaycan xalqının tarixi onomastikasının öyrәnilmәsinә xidmәt edir. 
«Oğuznamә»nin әn qәdimi XIII-XIV әsrlәrә aid ( başqa ehtimala görә X әsrә) aid kar-
liq-uyğur versiyasıdır. Qәdim uyğur әlifbasıyla yazılmışdır. XV әsrә aid әlyazması Paris Milli 
kitabxanasında saxlanılır. Hәm başlanğıcı, hәm sonluğuyla, hәm dә deyim tәrzi ilә digәrlәrin-
dәn fәrqlәnir. «Oğuznamә»nin müxtәlif variantları Rәşidәddinin «Cami әt tәvarix», Dәvadә-
rinin «Kәnz әd әl-dürәr vә cami әl-qürәr», Yazıçıoğlu Әlinin (XV әsr) «Oğuznamә» (yaxud 
«Sәlcuqnamә»), Әbü-l-Qazinin «Şәcәreyi –tәrakimә», «Şәcәreyi-türk» vә s. mövcuddur. 
«Kitabi – Dәdә Qorqud» boyları, habelә oğuzların qәhrәmanlıqları barәdә ozanların qoş-
duqları mahnılar «Oğuznamә»lәr adlanır. «Kitabi-Dәdә Qorqud» dastanları Azәrbaycanın bir 
sıra qәdim yer adlarını özündә mühafizә etmәsi baxımından çox әhәmiyyәtlidir. Burada rast 
gәlinәn Ağca qala, Bayat, Bәrdә, Qara dağ, Sürmәli, Çeşmә vә s. Azәrbaycan әrazisindә olan 
qәdim yer adlarımızdır. 
Bütün xalqlarda şәxs adlarının vәzifәsi cәmiyyәt üzvlәrini bir-birindәn fәrqlәndirmәkdir. 
Әsasәn, qәdim türklәrdә şәxsin әsl adının meydana gәlmәsindә onun doğulduğu şәrait, xarici 
görünüşü, böyüyüb boya başa çatdıqdan sonra isә göstәrdiyi igidliyi, cәsurluğu, qoçaqlığı әsas 
rol oynayırdı. O vaxtlar doğulan uşaqlara onların valideynlәri deyil, qәbilә vә ya tayfanın, 
elin ancaq dünyagörmüş müdrik ağsaqqalları ad verirdilәr. Dastanlarımızda da bu advermә 
әnәnәsi öz әksini tapmışdır. «Dәdә Qorqud» dastanında bu vәzifәni Dәdә Qorqud hәyata ke-


367
çirmişdir. 
Tarixә bәlli olan ilk türk adlarından biri dә «Oğuz» adıdır. Oğuz adı da hәm şәxs, hәm boy 
vә hәm dә soyadı kimi işlәnmişdir. Tarixdә mәşhur Oğuz Xaqan hәm tarixi şәxsiyyәt, hәm dә 
millilәşmiş, dastanlaşmış bir türk hökmdarıdır. Oğuz Xaqanın adı ilә bağlı müxtәlif dastanlar 
yaranmışdır. Onun oğullarından törәyәnlәr Oğuz boylarını meydana gәtirmişlәr. Türk tayfa-
larının erkәn orta әsrlәr tarixini әtraflı әks etdirәn yazılı abidәlәr içәrisindә XIV әsr müsәlman 
tarixçisi Fәzulullah Rәşiddәdinin «Cami әt tәvarix» әsәrinin müstәsna yeri vardır. Burada 
hәmçinin oğuzlarla bağlı әfsanәlәr öz әksini tapmışdır. Bütün türklәrin mifik ulu babası olan 
Oğuz kağan, onun törәmәlәri, oğuz boyları, onların toylarda yerlәri, onqonları barәdә müfәs-
sәl mәlumat verәn Xivә xanı, hәrbçi vә tarixçi Әbülqazi Bahadır xanın «Şәcәreyi tәrakimә» 
(Türkmәnlәrin soy kitabı) «Oğuznamә»lәrin türkmәn variantı olub, elm alәmindә «Cağatay 
Oğuznamә»si kimi tanınır. 
Abidәdә xüsusi adların müxtәlif növlәrinә rast gәlinir. Mәlumdur ki, onomastik vahidlәrin 
tәqiqi etnogenez problemlәrinin hәllindә açar rolunu oynayan vasitәlәrdәndir. «Oğuznamә»-
dәki onomastik vahidlәrin mühüm vә zәngin qolunu toponimlәr tәşkil edir ki, onlar öz zәn-
gin leksik-semantik, qrammatik, fonetik vә s. xüsusiyyәtlәri ilә seçilir. Bu coğrafi adlar çox 
cәhәtli araşdırma predmeti ola bilәr. Onların bir qismi Azәrbaycana mәxsus coğrafi mәkan 
adlarıdır. Mәsәlәn, Azәrbaycan, Şirvan, Şamaxı, Şabaran, Muğan, Qarabağ, Savalan vә s. 
«Oğuznamә»dәki toponimlәr – yaşayış mәntәqә adları zәngin bir sistem tәşkil edir. Mәsәlәn, 
Dәrbәnd, Aran, Azәrbaycan, Aran, Kirman, Talas, Astrabad, Sarı, Almalıq, Gürcüstan, Bağ-
dad, Dәmәşq, Bağdad vә s. Oronimlәr torpağın üst qatının relyef quruluşuna görә birbirindәn 
fәrqlәnәn yerlәrin adlarını bildirir. Buraya dağ, dәrә tәpә, yoxuş, düz, eniş, zirvә vә s. adlar 
daxildir. «Oğuznamә»dә xeyli oronimlәrlә rastlaşırıq: Alataq, Savalan, Turkanlı, Turkun, Ala-
dağ, Div qayası vә s. 
Su hövzәlәrinin adlandırılması ad verәn әhalinin etnik tәrkibi, xalqların miqrasiyasıprose-
si ilә sıx bağlıdır. «Oğuznamә»lәr zәngin hidronimik leksikaya malikdir vә elә hidronimlәr 
vardır ki, öz ilkin formalarında bu günümüzә qәdәr gәlib çatmışdır. Hidronimlәr etnonim, 
antroponim, oykonim, fitonim, zoonim, coğrafi nomenlәr, rәng bildirәn sözlәr vә s. әsasında 
yaranır. Hidronimlәrin bir qismi suyunun keyfiyyәtinә, xarakterik xüsusiyyәtinә görә adlan-
dırılmışdır. Bir çox su obyektlәrinin adları oykonim, oronimlәrin yaranmasında mühüm rol 
oynamışdır. Hidronimlәr onun әtrafında yaşayan tayfalar haqqında çox şey deyә bilәr. Abidә-
dә bir sıra hidronimlәrә tәsadüf olunur: Kür, Araz, Seyhun, Atil, Yaman- su, Amu (Dәrya), 
Tuqla vә s. Fәzulullah Rәşiddәdinin «Cami әt tәvarix» әsәrindә müxtәlif tarixi hadisәlәrlә 
bağlı bәzi yer adlarını çәkәrkәn onların mәnalarını izah etmişdir. 
Azәrbayacan toponiminә Fәzulullah Rәşiddәdinin «Oğuznamә» әsәrindә Azәrbaycan for-
masında rast gәlinir. Müәllif bu yer adı ilә bağlı yaranmış әfsanәni әsәrә daxil etmişdir. Әf-
sanәdә deyilir: «Oğuz әmr etdi ki, tәpә yaratmaq üçün hәrә әtәyindә torpaq gәtirsin vә onu 
bir yerә töksün. Әvvәl o özü әtәyindә torpaq gәtirib tökdü. Bunu o özü etdiyi üçün bütün dö-
yüşçülәr dә Oğuz kimibir әtәk torpaq gәtirib tökdülәr. Böyük bir tәpә düzәldi vә adını Azәr-
baycan qoydular. » Sonra müәllif Azәrbaycan toponiminin «azәr» vә «baycan» sözlәrindәn 
yarandığını göstәrir. Türkcә «azәr» sözünün uca, «baycan» sözünün varlıların, böyüklәrin 
yeri mәnasını bildirdiyini yazır. [2. s. 22].
Abidәdә Savalan dağının izahı ilә qarşılaşırıq. Hazırda bu dağ İran әrazisindә Cәnubi Azәr-
baycanda yerlәşir. Fәzulullah Rәşiddәdinin «Oğuznamә» әsәrindә türk dillәrindә «meydana 


368
gәlәn», «dikәlәn bir şeyә» savalan deyildiyini yazır. [2. s. 23]. «Oğuznamә»lәrdә bәzi coğrafi 
adların tәrkibindә işlәnәn bir sıra sözlәrә Azәrbaycan әrazisindәki toponimlәrin tәrkibindә 
tәsadüf olunur. «Oğuznamә»nin karluq-uyğur versiyasında Barak toponiminә rast gәlirik: 
Baraka deqәn bir yer turur. (Baraka deyilәn bir yer vardı). Rәşidәddin «Oğuznamә» әsәrindә 
türk mәnşәli barak tayfasının adını qeyd edir. [2. s. 122]
Onomastikasının әn maraqlı, әn vacib vә lazımlı sahәlәrindәn birini etnonimlәr tәşkil edir. 
Etnonimlәrdә xalqın tarixi ilә bağlı qiymәtli mәlumatlar öz әksini tapır. Onomastik vahidlәrin 
içәrisindә etnonimlәr dilin әn qәdim, davamlı leksik vahidlәrindәn hesab olunur. Onlar dil ta-
rixi ilә bağlı linqvistik informasiyanı öz tәrkiblәrindә qoruyub saxlayır. Etnonimlәrin tәdqiqi 
Azәrbaycan xalqının formalaşmasında iştirak etmiş tayfaların, dilimizin yaranmasında hәlle-
dici rol oynamış konkret etnosların adlarını müәyyәnlәşdirmәk baxımından әhәmiyyәtlidir. 
Etnonimlәrin bir qismi әsrlәr boyu daşlaşmış formada qorunub saxlandığı halda bir qismindә 
dәyişikliklәrә rast gәlinir. 
«Oğuznamә»lәrdәlinqivistik baxımdan maraq doğuran üzәrindә tәdqiqat aparılmasına eh-
tiyac duyulan etnonimlәr çoxdur. Onların araşdırılması ümumilikdә türkologiya üçün әhә-
miyyәtlidir. Qәdim türklәrdә etnonimlәr antroponimlәrlә vә toponimlәrlә sıx bağlıdır. Bir çox 
türk qәbilәlәri adlarını özlәrinә totem, әcdad hesab etdiklәri heyvan adlarından götürmüşdür. 
«Oğuznamә»lәrdәki etnonimlәri antroponimlәr, zoonimlәr, totemlәr, dini xarakterli sözlәr, 
zahiri әlamәt, rәng bildirәn sözlәr, sәnәt, peşә, mәşğuliyyәt bildirәn sözlәr vә s. әsasında for-
malaşmışdır. Etnonimlәr araşdırılması dil tarixi baxımından çox әhәmiyyәtlidir. Bәzi etno-
nimlәrin tәrkibindә işlәnәn sözlәrin mәnasını müasir türk dilәrinin materialları әsasında izah 
etmәk mümkün deyil. Bu onomastik vahidlәrdә qәdim türk dillәrinә aid çoxlu leksik vahid-
lәrә tәsadüf olunur. 
«Oğuznamә»lәrdә bir sıra etnonimlәrin mәnası izah edilir. Belә etnonimlәrdәn biri dә xәlәc 
tayfa adıdır. Fәzulullah Rәşiddәdin «Oğuznamә»dә qeydә aldığı әfsanәlәrdәn birindә deyilir 
ki, bir qadının yolda uşağı olur. Әri ona yemәk vermәk üçün ordudan geri qalır. Bir neçә gün-
dәn sonra onlar Oğuzun ordusuna çatırlar. Oğuz sәbәbi bilәndә qәzәblәnib deyir ki, qadının 
doğacaq deyә geri qaldınız, onda burada qal ac. Bu ad xalac kimi dilә yatmış vә xalac qәbilә-
sindәn olanlar bu kәsin övladları vә törәmәlәridir. [2. s. 31] Әbülqazi Bahadır xan da yazır ki, 
qida çatışmamazlığı üzündәn arvadı doğan bir әskәri ordudan geri qaldığına görә Oğuz xanın 
yanına gәtirirlәr. Oğuz xan ona at, yemәk ehtiyatı verib deyir ki, sәn ordunun arxasınca get-
mә! Onu qal ac adlandırır. Bütün qalaç eli hәmin adamın törәmәlәridir. [5. s. 42]
«Oğuznamә»lәrdәki onomastik vahidlәrin tәdqiq edilmәsi türklәrin maddi vә mәnәvi mә-
dәniyyәtinә dair bir sıra mühüm mәsәlә lәrin aydınlaşdırılması üçün әhәmiyyәtlidir. 

жүктеу/скачать

Достарыңызбен бөлісу:
1   ...   168   169   170   171   172   173   174   175   ...   179




©emirsaba.org 2024
әкімшілігінің қараңыз

    Басты бет