Iii beynəlxalq türk dünyasi araşdirmalari simpoziumu III. Uluslararasi türk dünyasi araştirmalari sempozyumu ІІІ халықаралық ТҮркі әлемі зерттеулері симпозиумы



Pdf көрінісі
бет42/102
Дата03.03.2017
өлшемі42,43 Mb.
#6018
1   ...   38   39   40   41   42   43   44   45   ...   102

KAYNAKÇA 

Akbaba, A. (2003). Eğitim Yönetimi ve Değerler. Değerler Eğitimi Dergisi. (1), 1  

Akbaş, O. (2008). Değer Eğitimi Akımlarına Genel Bir Bakış. Değerler Eğitimi Dergisi. 6, (16), 9-27 

Aktaş, Ş. (1990). “Mehmet Emin Yurdakul”. Büyük Türk Klasikleri. C. 9, İstanbul 

Bolay, S. H. (2007). “Değerlerimiz ve Günlük Hayat”. Dem Dergi. (1). 12-19 

Erdentuğ, N. (1981). “Kültür Nedir?” Milli Kültür Dergisi. Cilt III, sayı 4 

Kaplan, M. (1985). Şiir Tahlilleri I, Tanzimat’tan Cumhuriyete. İstanbul 

Kaplan, M. (1977). Türk Milletinin Kültürel Değerleri. MEB, İstanbul  

Kolcu, H. (1993). Türk Edebiyatında Hece-Aruz Tartışmaları. Ankara  

Korkmaz, R. (2010). “Tanzimat Edebiyatının Kültürel Arka Planı” Tanzimat Dönemi Türk Edebiyatı. Eskişehir. 

Kurdakul, Ş. (1986). Çağdaş Türk Edebiyatı Meşrutiyet Dönemi. Broy Yayınları. İstanbul 

Ortaç, Yusuf Z. (1963). Portreler. Akbaba Yayınevi 

Tansel, F. Abdullah. (1989). Mehmet Emin Yurdakul’un Eserleri-I. Şiirler. Ankara: Türk Tarih Kurumu Basımevi. 

 

 



264 

III. Uluslararası Türk Dünyası Araştırmaları Sempozyumu 

 


AZƏRBAYCAN VƏ TÜRK DİLİ ƏLAQƏLƏRI 

Doç. Dr. Hacer E. HÜSEYNOVA

 

Nigar E. HÜSEYNOVA





 

 



Xülasə:  Məqalədə  Azərbaycan və  Türk  dil əlaqələrindən bəhs edilmişdir. Azərbaycan dilinə  Türk  dilindən 

sözlərin  keçməsinin  səbəbləri  izah  edilmişdir.  Bu  dillər  arasında  əlaqələrin  bugünkü  vəziyyəti,  həmin 

istiqamətdə  qəbul  etdiyi  qərarlar,  görülən  işlər  diqqətə  çatdrlmışdır.  Atalar  sözlərinin  müqayisəli 

qarşlaşdırılmasndan bəhs edilmiş, nümunələr verilmişdir. 



Açar Sözlər: dil, Türk dili, qərar, atalar sözləri, paremioloji vahidlər, ortaq lüğətlər və s. 

Connections of Azerbaijani Turkish Languages 

Abstract:  The  article  is  about  the  relations  between  the  Azerbaijani  and  Turkish  languages.  Provides 

information  about  the  causes  of  the  spread  of  the  Turkish  language  words  into  English.  This  is  the  current 

state  of  relations  between  the  two  languages,  the  government's  decisions,  noted  the  work  done.  The 

comparative numbers against proverbs and examples are given. 



Keywords: language, Turkish, judgment, proverbs, paremiolojic units, common dictionaries and so on. 

Uzun  illər  dünyanın  hər  yerində  mövcud    olan  siyasi  vəziyyət,  dünyanın  hegemon  dövlətlərinin 

apardığı  ikibaşlı  siyasət,  Türk  dünyasına,  Türk  xalqlarına  qarşı  aqressiv  münasibət  bu  xalqları  bir-

birindən üzaqlaşdırmışdır. Son illərin ən mühüm və xoşməramlı hadislərindən biri odur ki, artıq bir-biri 

ilə  yadlaşan,  bir-birindən  üzaq  düşmüş  Türk  xalqları  oyanmış,  aralarında  hərtərəfli  münasibətlər  bərpa 

edilmişdir.    Son  illərdə  müstəqillik  əldə  etmiş  Azərbaycan  bütün  istiqamətlərdə sürətlə irəliləməkdədir. 

Əvvəllər yasaq edilmiş bir çox məsələlər artıq döğru həlli yollarını tapmışdır.Yaranmış yeni münasibətlər 

Türk xalqlarının qarşısında öz kökünə, tarixinə, ədəbiyyatına, dilinə və digər məsələlərə yenidən baxmaq, 

bu münasibətlərə yenidən nəzər salmaq və daha da inkişaf etdirmək kimi mühüm bir vəzifə qoymuşdur. 

Bu cür münasibətlər tarixən mövcud olmuşdur və bu gün baş verən münasibətləri həmin tarixi  prosesin 

davamı  kimi    qiymətləndirmək  daha  doğru  olar.  Bu,  Türk  xalqlarının  qədim  tarixə,  mədəniyyətə, 

ədəbiyyata malik olmasının bir daha sübutudur. 

XIX  əsrə  qədər  ərəb  mənşəli  sözlərin-terminlərin  Azərbaycan  dilinə  gəlməsi  daha  intensiv  baş 

verirdisə,  XIX  əsrdən  sonra  bu  prosesin  istiqaməti  dəyişdi.  Azərbaycan  dili  fars,  Türk-osmanlı  və  rus-

Avropa  sözləri,  terminləri  ilə  zənginləşməyə  başladı.Türkizmlərin  Azərbaycan  dilinə  təsiri  XIX  əsrin 

sonlarından  etibarən  özünü  hiss  etdirməyə  başlamışdır.  Bu  proses  20-ci  əsrin  əvvəllərinə  qədər  davam 

etmiş, bəzi ziyalıların yazılarında və nitqində özünü açıq-aşkar hiss etdirmişdir. XIX əsrin sonu XX əsrin 

əvvəllərində  Azərbaycan  ədəbi  dilinə  Türk  dilinin  təsiri  daim  dilçilərin  diqqət  mərkəzində  olmuşdur. 

Hətta sovet dövründə belə Türkoloqların: Dmitriyev N. K., Kononov A. N., X. Cövdətzadə, Mixaylov M. 

S., İvanov N. S., Vəkilov A. P., Baskakov A. N. və başqalarının bu sahədə araşdırmaları olmuşdur. Lakin 

bu müəlliflər daha çox Sovet İttifaqında yaşayan  Türk xalqlarının dillərini tədqiqata cəlb etmişlər. XIX 

əsrin ortalarından neft sənayesinin inkişafı milli mədəniyyətin, mətbuatın, təhsilin, bir sözlə, kapitalizmin 

inkişafına güclü təkan verdi. Azərbaycanın Qafqazda aparıcı dövlətə çevrilməsinəşərait yaratdı. Türkiyə 

ilə əlaqələrin möhkəmlənməsi isə Azərbaycanın tarixi kökünə dönüşünə, ölkədə  Türkçülüyün inkişafına 

səbəb oldu.  

Milli mənşəyi eyni olan Türk və Azərbaycan xalqlarının, Türk və Azərbaycan dillərinin, eləcə də 

ədəbiyyatlarının tarixi eyni olmuş, ortaq dil, ortaq ədəbiyyat hesab edilmişdir. C.Əfəndizadənin bu ortaq 

dil  və  ədəbiyyat  haqqında  maraqlı  fikirləri  olmuşdur.  C.Əfəndizadə  Mahmud  Kaşqarlının  “Divan”ında 

Türk  dillərinin  arasında  əsaslı  fərqlərin  olmadığını  da  nümunə  göstərmişdir.  İndiyə  qədər  ortaq 

ədəbiyyatdan  qidalanan  Türk  xalqları  bir-birini  başa  düşməkdə  heç  bir  çətinlik  çəkməmişlər” 

(Əfəndizadə,1926: 78). Ortaq Türk dastanları hər bir Türk xalqının mənəvi-mədəni sərvəti hesab edilir. 

“Kitabi-Dədə  Qorqud”,  “Manas”,  “Satuq  Buğra  xan”,  “Çingiznamə”  kimi  möhtəşəm  Türk  dastanları 

bütün  Türk  dünyasının  birliyinin  simvoludur.  Eyni  etnik  kökə  malik  malik  olan  bu  xalqların  dilləri  də 

daim bir-biri ilə təmasda olmuş, birindən digərinə söz,  kəlam, ifadə və ibarələr keçmişdir.C.Əfəndizadə 

                                                      

 



ADPU Filoloji, hacerhuseynova@mail.ru 



 



ADPU Filoloji

 


266 

III. Uluslararası Türk Dünyası Araştırmaları Sempozyumu 

belə bir prosesə münasibət bildirərək Aşıq Paşanı, Yunus İmrəni, Əhməd Yəsəvini və bir çox digərlərini 

ümumi Türk şairləri adlandırmışdır.Eyni zamanda Azərbaycan kökənli N.Gəncəvi, M.Füzuli, İ.Nəsimi və 

bir çox başqaları da ümumi Türk şairlərinin sırasındadır.  

XX  əsrin  əvvəllərində  Türk  dilinin  Azərbaycan  ədəbi  dilinə  təsirində  azərbaycanlı  ziyalların  və 

mətbuatın inkişafı, mətbuat dilinin Azərbaycan ədəbi dilinə təsiri mühüm rol oynamışdır. 1906-1907-ci 

illərdə  nəşr  olunan  “Füyuzat”  məcmuəsi  həmin  prosesi  əks  etdirən  ən  gözəl  nümunələrdən  biri,  eyni 

zamanda həmin dövrdə nəşr olunan iki ən mühüm məcmuədən biri idi. H.Səbri Ayvazov “Lisan qovğası” 

adlı məqaləsində “Füyuzat”ın dili haqqında öz fikirlərini aşağıdakı şəkildə ifadə etmişdir: “Füyuat” bütün 

cəraidi  –  milliyə  və  məcmuələrimiz  miyanında  ən  fəsih,  ən  bəliğ,  ən  mükəmməl  lisan  qullanan  bir 

məcmueyi-  nadirədir...  Ümid  ediyorum  ki,  er-gec  bütün  Rusiya  müsəlmanlarının  nəhayət  vurub 

dayanacaqları  lisan  “Füyuzat”  lisanıdır.  Əhalinin  ən  ziyadə  bəyəndigi  və  məhəbbət  etdigi  qəzetələr 

“Füyuzat”, “Vətən xadimi” və “Tərcüman”dır (Ayvazov, 1907X: N12). 

XX  əsrin  əvvəllərində  Türk  dilindən  Azərbaycan  dilinə  istər  fonetik.  Istər  leksik,  istərsə  də 

qrammatik  səviyyələrdə  dil  vahidlərinin  daxil  olması  müşahidə  edilmişdir.  Buna  uyğun  kifayət  qədər 

həmin dövr ədəbiyyatından, mətbuatından nümunələr göstərmək olar. 

XX əsrin əvvəllərində romantik üslubun inkişaf yolu mənzum dram janrının yaradıcısı H. Cavidin 

və görkəmli şair M. Hadinin dil nümunələri əsasında izlənmişdir. Müəllif göstərir ki, nadir sənətkarlardan 

olan Cavidin söz ustalığı, zərif şairanəliyi Türk (osmanlı) dili norması zəminində reallaşmışdır. İlk dəfə 

olaraq Cavid bədii fikri forma məcburiyyətindən xilas etmiş, misranı tamamlamaq naminə lazımsız sözlər 

işlətməkdən imtina etmişdir. 

Azərbaycan dilindən fərqli olaraq bəzi kəlmə başlarında “y” samiti Türk dilində işlənir. Eyni proses 

XX  əsrin  əvvəllərində  də  müşahidə  olunur.  Məsələn:  yıl(il),  yıldırım(ildırım),  yürək(ürək),  yuca(uca), 

yıldız(ulduz) və s. Məsələn; 1. Yıldızdakı...Yıldızdakı təmirlərim, heyf...(Sabir “Hophopnamə”); 2. Nişan 

yüzüyünü göndərəlim də, iş bitsin, getsin (H.Cavid). 

Azərbaycan dilində Osmanlı - Türk ləhcəsindən alınmış xeyli leksemlər Azərbaycan ədəbi dilində 

olduqca  intensiv  şəkildə  işlədilmişdir.  Lakin  bu  sözlər  bütün  ziyalıların  dilində  eyni  dərəcədə 

işlədilməmiş, bu məsələyə münasibət müxtəlif olmuş, bir qrup yazıçılar məsələyə müsbət yanaşaraq Türk 

dilindən  alınma  sözlərdən  geniş  istifadə  etmiş,  bir  qismi  isə  Türk  sözlərindən  az  istifadə 

etmişdir:a)Çayların,  ırmaqların  ninnisi,  dənizlərin,  çağlayanların  vəlvələsi  (H.  Cavid);  b)  Əsdi  yarpaq, 

coşdu  ırmaq,  güllər  oyandı.  (C.  Cabbarlı);  c)  Ah,  sən  bu  aqşam  düyün  yapacaqdın,  Altunsaça 

qovuşacaqdın... (C. Cavid); ç) Çocukkən çırpınışlarım yetim barmaqlarımla saçlarımı yoldu. (M. Müşfiq); 

d)  Qovzama  başını,  cocuğum,  səbr  eylə  (Sabir);  e)Altın  mədənidir  bu  yoxsul  ölkə  (Əhməd  Cavad); 

ə)Dünyanı əsir eylər ikən bir ovuc altın( C. Cabbarlı) və s. 

Bu  proses  eyni  şəkildə  davam  etməmiş,  Azərbaycanda  sovet  hakimiyyətinin  qələbəsindən  sonra 

getdikcə  zəifləmiş, Türkdilli dövlətlərin əlaqələri, münasibətləri yox dərəcəsinə enmişdir. Lakin ən gözəl 

bir cəhət ondan ibarət olmuşdur ki, bu xalqlar öz köklərini, milli dəyərlərini unutmamış, günümüzə qədər 

qoruyub saxlamışlar. Ictimai-siyasi vəziyyətin yenidən dəyişməsi xalqlarımız arasında əlaqələrin yenidən 

bərpa olunmasına, münasibətlərin aktivləşməsinə səbəb olmuşdur. 

Bu  gün  hər  hansı  bir  Azərbaycan,  Anadolu,  Türkmənistan,  Qırğızıstan,  Özbəkistan,  Qazaxıstan 

Türkünə":Koroğlu kimdir" - deyə soruşsan, hamısı: "O, bizim xalqın qəhrəmanıdır," - deyər. Yəni hər bir 

Türk Koroğlunu öz qəhrəmanı kimi görür... Azərbaycanda "Koroğlu" dastanını dinləyib yola çıxsanız və 

Anadoluda  nəfəs  dərsəniz,  burada  da  "Köroğlu"  dastanını  dinləyə  bilərsiniz.  Buradan  özbək,  qırğız, 

qazax, Türkmən elinə getsəniz, yenə də qarşınıza Koroğlu çıxar. Yaxud da kimdən soruşsan ki, “Kitabi-

Dədə Qorqud”, “Manas” və s. dastanlar kimə mənsubdur?- deyə sual etsək, hər birimiz “bizə” deyə fikir 

bildirəcəyik. Bütün bunlar qazax, qırğız, özbək, Türkmən, Azərbaycanlı və s. olmasından aslı olmayaraq, 

bizləri  eyni  kökə,  eyni  tarixə,  eyni  ədəbiyyata  bağlayan  həlqələrdir.  Türklərin  yaratdıqları  bu  mənəvi 

sərvət, eyni zamanda, Türklərin köçəri olmadığı fikrini söyləməyə də əsas verir.  

Baxın,  ayrı-ayrı  bayraqlar  altında  yaşayan  Türklər  qəhrəmanlarını  belə  paylaşa  bilmirlər.  Bu, 

millətin  birliyindən  iləri  gəlir.  Anadoluda  yaşayan  Anadolu  Türküdür,  Azərbaycanda  yaşayan  Azəri 

Türküdür,  Qırğızıstanda  yaşayan  Qırğız  Türküdür,  Türkmənistanda,  Özbəkistanda,  Qazaxıstanda 

yaşayanlar qazax Türküdür... Millət birdir! Biz soyu bir, dili bir, dini bir, tarixi bir, mədəniyyəti bir uca 

millətik. 

Dünyada baş verən ictimai-siyasi hadisələr, qloballaşma, Türk xalqlarının müstəqillik əldə etməsi, 

bir-biri  ilə  əlaqələrinin  möhkəmlənməsi  dil,  əlifba  məsələsindən  də  yan  keçmə-  mişdir.  XXI  əsr 



267 

Hacer E. HÜSEYNOVA-Nigar E. HÜSEYNOVA/Azerbaycan ve Türk Dili Alakaları  

dülçiliyinin  mühüm  problemlərindən  biri–ümumTürk  əlifbasının  yaradılması  məsələsi  dövrün  ən aktual 

problemlərindən birinə çevrilmişdir.  

Türk xalqları üçün ortaq əlifba yaradılması məsələsinə tarixən Türkiyədə də dövlət əhəmiyyətli bir 

məsələ  kimi  baxılmış,    dəfələrlə  müzakirəyə  çıxarılmışdır.  A.  Qurbanov  dəfələrlə  belə  müzakirələrə 

sədrlik etmişdir. Müasir Türk xalqlarınin tarixində belə bir əlifbanın yaradılması böyük hadisədir. Sözsüz 

ki, bu hadisənin Türk dünyasının inkişafında əhəmiyyəti və rolu danılmazdır. Demək olar ki, müasir Türk 

xalqların  üçün  ortaq  əlifba  –  ümumTürk  əlifbası  yaradılması  məsələsi  XX  əsrin  90-  cı  illərindən 

mövcuddur. Belə bir əlifbanın yaradılması böyük bir zərurətin nəticəsidir. Elə bir dövr gəlib çatmışdır ki, 

uzun  illər  ayrı  düşmüş  Türk  xalqlarının  əlaqələrini  bərpa  etmək  zamanın  əsas  probleminə  çevrilmişdir. 

Beləliklə də, Türk mənşəli latın qrafikalı əlifbanın yaradılması vacib idi.  

Elmi məlumatlara görə, latın qrafikalı əlifbanın tarixi kökləri elə Türk xalqları ilə bağlı olmuşdur. 

Latın qrafikalı əlifbanın yaradıcıları olan etrusklar da Türk etnosları olmuşlar:  

Türklər + saklar= etrusklar. 

“Latin  əlifbasi  əslində  Türk  mənşəli  etrusklarin  əlifbasidir”(

Veysəlli, 

az.apa.az).Türk  xalqlarını 

həmişə düşündürən ortaq əlifba məsələsi, nəhayət, XX əsrin sonlarında gerçəkləşməyə başladı. Bu böyük 

işin həyata keçməsinə təkan verən amillərdən biri isə “Sovet İttifaqı” adlı dövlətlər birliyinin dağılması 

oldu.  Birliyin  dağılması  nəticəsində  suverenlik  qazanan  Türk  respublikaları  yaxınlaşmaq,  birləşmək  və 

ümumTürk əlifbası yaratmaq ideyasını reallaşdırmağa çalışırdılar.  

Bu  səbəbdən  bir  neçə  dəfə  Türkiyədə  simpoziumlar,  konfranslar  keçirildi.  Aparılan  müzakirələr 

nəticəsində bütün Türk dillərini əhatə edə bilən, 34 hərfdən ibarət olan ortaq Türk əlifbası təsdiq edildi. 

Verilmiş cədvəldən göründüyü kimi, Azərbaycan əlifbasında olduğu şəkildə ümumTürk əlifbasında 

da  hərflərin  düzülüşündə  vahid  prinsipə  əməl  olunmamışdır.  Yaxın  məxrəcli  bəzi  səslərin  hərf işarələri 

cədvəldə bir- birindən ayrı, müxtəlif yerlərdə verilmişdir. 

Bu  cür  qüsurlar  haqqında  prof.  Afad  Qurbanov  geniş  məlumat  və  izahat  vermiş  və  yeni  əlifba 

nümunəsini  (Qurbanov,  2004:  145)  təqdim  etmişdir.  Təqdim  edilən  layihə  ziyalıların  əksəriyyəti 

tərəfindən  birmənalı  şəkildə  bəyənilmiş,  lakin  ümumTürk  əlifbasına  dair  layihənin  bütün  Türkdilli 

ölkələrə yayılıb razılıq alındığı üçün bu məsələyə gələcəkdə baxılması məsləhət görülmüşdür. 

 

Bir millətin ən böyük dayağı onun dilidir. Hər bir millət öz varlığını və birliyini dili ilə qoruyar, 



başqalaşmaqdan  və  dağılıb  yox  olmaqdan  xilas  olar.  Dil  -  milli  dəyərləri  təşkil  edən  mədəniyyətin  ilk 

təməl ünsürüdür. Bir millətin səs dünyası, düşüncəsinin aynası, milli kəşflərinin ortaq xəzinəsidir. Türk 

milləti bir bütündür. Coğrafi ayrılıqlar, dildəki ləhcə fərqlilikləri bu millətin fərdlərinə birlik mövzusunda 

mənfi təsir göstərməməlidir.  

Son illər Azərbaycan öz müstəqilliyini qəbul etdikdən sonar dünyanın bütün ölkələri, o cümlədən 

Türk  dövlətləri  ilə iqtisadi,  mədəni  ticari  və  digər  əlaqələr  yaratmışdır.  Çiçəklənən  Azərbaycanda  Türk 

gəncləri,  Türkiyədə  isə  Azərbaycanlı  gənclər  təhsil  alırlar.  Azərbaycan  televiziyasında  Türk  kanallarını 

izləyə  bilirik,  ya  da  əksinə.  Bu  əlaqələr  dillərimiz  arasında  kontaktların  yaranmasına  şərait  yaradır.  Bu 

dillərdən  bir-birinə  sözlər  ifadələr  keçir.  Türk  və  Azərbaycan  xalqının  yaratdığı  folklor  nümunələrini, 

paremioloji vahidləri müqayisə edərkən bir çox maraqlı məqamlar diqqətimizi cəlb edir. 

Məlumdur  ki,  2014-cü  ilin  noyabr  ayında  Bakıda  keçirilən  “Türkdilli  Dövlətlərin  Əməkdaşlıq 

Şurası”nın  səlahiyyətli  nümayəndələrinin  toplantısında  təhsil  problemləri,  ortaq  Türk  ədəbiyyat,  tarix, 

coğrafiya  və  s.  dərsliklərin  yaradılması,  tələbə  mübadiləsi  və  digər  cəhətlərlə  bağlı  bir  çox  problemlər 

müzakirə  obyekti  olmuş  və  müsbət  qiymətləndirilmişdir.  Bizim  nəzərdə  tutduğumuz  və  həllinə 

çalışdığımız problem də məhz həmin məsələlərin həlli istiqamətində bir addım kimi dəyərləndirilə bilər. 

Hər  bir  xalqa  məxsus  frazeoloji  vahidlər,  idiomatik  ifadələr,  atalar  sözləri  və  digər  paremioloji  

birləşmələr həmin xalqın milli xüsusiyyətlərini, adət-ənənələrini, inam və etiqadlarını, bir sözlə, milliliyi 

özündə daha çox əks etdirən dil vahidləridir. Eyni kökə, eyni tarixə, eyni dilə malik olan Azərbaycan və 

Türk xalqları da ortaq dil vahidlərinə malikdir. Hər iki dildə ortaq işlənən frazeoloji- paremioloji vahidlər, 

atalar  sözləri  linqvistik  tədqiqata  cəlb  edilməli,  onların  sintaktik-semantik  strukturu,  konseptual  məna 

tutumu, oxşar  və fərqli cəhətləri  dəqiqləşdirilməlidir. 

Bu cəhət mövzunun aktuallığını təmin edir. Eyni zamanda paremiyaların ta qədimdən bəşər bədii 

fikrinin  inkişafı,  onun  dini,  əxlaqi,  hüquqi  anlayışları,  məişət  tərzi  və  digər  cəhətlərin  xalqın 

mənəviyyatının  formalaşmasını  səciyyələndirən  amillərdən  olduğu  üçün  Türk  dillərinədə  həmin 



268 

III. Uluslararası Türk Dünyası Araştırmaları Sempozyumu 

vahidlərin öyrənilməsi, ortaq lüğətlərin tərtib edilməsi müasir  Türkoloji dilçiliyin aktual məsələlərindən 

biridir. 

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2013-cü il 10 apreldə “Azərbaycan 

dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair 

Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncamının tələblərinə uyğun olaraq belə bir layihənin 

həyata  keçirilməsi  vacibdir  və  iki  qardaş  dövlət  arasında  hərtərəfli  münasibətlərin  inkişafına  xidmət 

edəcək.Belə  bir  tədqiqatın  həyata  keçirilməsi  Türkoloji  dilçiliyin  inkişafı  istiqamətində  mühüm  bir 

addımdır.  Sadalanan  dil  vahidlərini  müqayisəli  təhlil  etmək,  onların  lüğətini  tərtib  etmək,  ikidilli  dərs 

vəsaitləri hazırlamaq üçün faydalıdır.  

Azərbaycan  və  Türk  dillərində  frazeoloji-paremioloji  vahidləri,  xüsusilə  atalar  sözlərini  sistemli 

şəkildə,  müqayisəli-qarşılaşdırma  metodu  əsasnda  tədqiq  edərək  onların  lüğətini  tərtib  etmək  mühüm 

məsələdir.  Lakin  belə  bir  cəhəti  nəzərdən  qaçırmaq  olmaz  ki,  həmin  atalar  sözləri  semantik  cəhətdən 

qruplaşdırılmalıdır.  Çünki  atalar  sözlərinin  bir  qismi  eyni  şəkildə  hər  iki  dildə  işlənsə  də,  bir  qismi 

müəyyən  zahiri,  semantik  dəyişikliklərlə  işlənir.  Digər  bir  qismi  isə  yalnız  bir  dilə  məxsusdur.  Bu 

cəhətlərini  nəzərə  alaraq  Azərbaycan  və  Türk  dillərində  mövcud  olan  atalar  sözlərini  üç  qrupa  bölmək 

olar:   


1.Hər iki dildə eyni şəkildə işlənənlər: Az- ca: Dama-dama göl olar; Türkcə: Damlaya –damlaya 

göl  olar.  2.Eyni  mənada,yalnız  müxtəlif  formada  işlənənlər:  Az.-ca:Suya  düşən  saman  çöpündən  də 

yapışır;  Türkcə:Denize  düşən  yılana  da  sarılır.  3.Tamam  fərqli  müstəqil  mənalarda  yalnız  bir  dildə 

işlənənlər:  Az.-ca:  Arxalı  köpək  qurd  basar;  Türkcə;Yüz  verme,  arsız  olur,  az  verme  hırsız 

olur.(Nümunələrin sayını artrmaq olar) 

Məlumdur  ki,  bədii  əsərlərdə  işlənmiş  və  milli  ideologiyanı,  adət-ənənəni  daha  çox  qoruyub 

saxlayan,  bədii  mənbələrə,  ədəbi  əsərlərə  millilik  bəxş  edən  aforizmlərin,  frazeologizmlərin,  atalar 

sözlərinin–paremioloji  vahidlərin,  üslubi-linqvistik,  struktur-  semantik  və  s.  cəhətləri  mütləq 

öyrənilməlidir. Həmin dil vahidlərinin iki qohum dildə müqayisəli şəkildə öyrənilməsi isə hazırkı dövrdə 

olduqca aktualdır. 

Əsrlərdən  bəri  yaşayaraq  bu  günümüzə  gəlib  çatan  atalar  sözləri  şifahi  xalq  ədəbiyyatının,  ilkin 

yazılı  abidələrimizin  ayrılmaz  parçası  olmuşdur.  Babalarımızın  yaratdığı  bu  cür  ibrətamiz  kəlamların 

müasir  gənclərin  tərbiyəsində,  müasir təhsil  sisteminin  düzgün  qurulmasında  böyük  rolu  və  əhəmiyyəti 

vardır.  



ƏDƏBIYYAT 

1926-cı il I Bakı Türkoloji Qurultayı / Stenoqram materialları, biblioqrafiya və foto sənədlər. Bakı: Çinar-çap. 2006, 

571s. 

Abdullayev Ə. Azərbaycan dili məsələləri. Bakı: Bakı Universiteti nəşriyyatı.1992. 392 s. 



Ağazadə F. İki əlifbanın birləşməsi // Maarif və Mədəniyyət. Bakı: 1927. 34-36 s. 

Ayazov H. S. Nədən bu hala qaldıq// Füyuzat.Bakı: 1907. N-12. 

Cavad  Ə.  Osmanlı  lisanı.  (Məktəbi  Sultaniyyənin  sinif  ibtidaiyyəsinin  və  ümum  məktəbi  ibtidaiyyəsinin  ikinci 

sənəsinə məxsusdur). Bakı:Mətbəi Orxaniyyə. 1915. 

Dəmirçizadə Ə. Azərbaycan ədəbi dilinin inkişaf yolları. Bakı: Maarif. 1958. 44 s. 

Əfəndizadə C.Ümumi ədəbi Türk dili məsələsi//Maarif və mədəniyyət,Bakı.N-2-3 1926. s.27-29 

Göyalp Ziya. Türkçülüyün əsasları. Bakı: Maarif. 1991. 175 s. 

Hacıyev T. Azərbaycan ədəbi dil tarixi 2 cilddə, II c., Bakı: Maarif. 1987. 254 s. 

Hacıyev T. XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili. Bakı: Maarif. 1977. 187 s. 

Xudiyev N. Azərbaycan dilinin zənginləşmə yolları. Bakı:Elm.1987. 280 s. 

Xudiyev N. Azərbaycan ədəbi dili lüğət tərkibinin inkişafı. Bakı: Maarif.1986. 

Xudiyev N. Azərbaycan ədəbi dilinin təşəkkülü. Bakı: Elm

.

1991. 420 s. 



Qurbanov A. Azərbaycan dilçiliyi problemləri.Ic.Bakı:Nurlan.2004. 443 səh. 

Mirzəliyeva M. Türk dillərinin müqayisəli-tarixi lekikologiyası məsələləri. Ic.Bakı: BSU. 2004. 330 s  



TÜRKÇE ÖĞRETİM PROGRAMLARINDA  

AKICI OKUMA BECERİSİNE İLİŞKİN GÖRÜNÜMLER 

 

Doç. Dr. Hakan ÜLPER

 

Doç. Dr. Gökhan ÇETİNKAYA





 

 



Özet:  Bu  araştırmanın  amacı,  1981  ilköğretim  okulları  Türkçe  eğitim  programı  ile  2005  Türkçe  öğretim 

programını  akıcı  okuma  becerilerinin  kazandırılması  bakımından  karşılaştırmalı  bir  biçimde 

değerlendirmektir.  Yapılan  çözümleme  sonucunda,  her  iki  programın  da  akıcı  okumanın  boyutlarını 

oluşturan doğru okumaya, bürünsel  okumaya  ve  okuma  hızına  gerek davranış/kazanım  boyutunda, gerekse 

programla ilgili açıklamalar kısmında yer verildiği görülmüştür. 

Anahtar Kelimeler: Akıcı okuma, okuma eğitimi, bürünsel okuma 

The Views on Fluent Reading Skills in Turkish Language Teaching Programmes 

Abstract:  The  purpose  of  this  study  is  to  evaluate  1981  Primary  Schools  Turkish  Language  Education 

Programme  and  2005  Turkish  Language  Teaching  Programme  in  terms  of  upskilling  fluent  reading  skills 

comparatively.  As  a  result  of  this  analysis,  it  has  been  seen  that  there  are  instructions  relevant  to  accurate 

reading,  prosodic  reading  and  reading  rapidity.  In  both  programmes’  instructions  part  which  forms  the 

dimensions of fluent reading in terms of behaviour/attainment. 



Достарыңызбен бөлісу:
1   ...   38   39   40   41   42   43   44   45   ...   102




©emirsaba.org 2024
әкімшілігінің қараңыз

    Басты бет