1. Somatizm tərkibli sabit söz bilərşmələri: Somatizm – insan və heyvanlara məxsus bədən
üzvlərinin adlarıdır. Sabit söz birləşmələrinin formalaşmasında ən aktiv rol oynayan da bu dil
vahidləridir. Somatizmlər Azərbayzan dialektlərində, xüsusilə də qərb qrupu dialekt və şivələrində
maraqlı leksik-semantik qruplardan biridir. Ümumilikdə sabit söz birləşmələrində somatizmlərin çox
işlənməsinin səbəbi bu dil vahidlərinin lüğət tərkibində semantik cəhətdən zəngin olamalarındadır. Sabit
söz birləşmələrinin tərkibindəki somatizmlər dialektdəki semantik məna çalarına görə fərqli mövqelərdə
duraraq, fərqli məna çalarlıqları yaradırlar. Beləki, bəzi somatizmli sabit söz birləşmələri həddindən çox
məcazi məna çalarlıqları yarada bilirsə də, bəzilərində bu semantik çalarlıq zəif və ya az ifadə olunur.
Onların bəzilərini nəzərdən keçirək:
Baş – Qərb qrupu dialekt və şivələrində baş – təkcə insanın əsas orqanı mənasında deyil, həm də,
ağıl, əsas, vacib, evlilik, ölçü-həcm, birinci mənalarını da ifadə edir. Məsələn: başı çəhməx – çox bəlalar,
Baki Slavyan Universiteti, durdana_a@mail.ru
388
III. Uluslararası Türk Dünyası Araştırmaları Sempozyumu
müsibətlər görmək; başı dunux olmax - əylənmək, bir şeylə məşğuı olmaq, keyləşmək; başını bitdəməx –
öldürmək.
Ağız – Bu somatizm Azərbaycan dialekt və şivələrində müxtəlif semantik mənaları ifadə edir. Qərb
qrupu dialekt və şivələrində sabit söz birləşmələrinin tərkibində təkcə insan orqanlarından birinin adı
deyil, həm də yekun və başlanğıc, məqsədə çatma, yaxınlıq və uzaqlıq, uğursuz və uğurluluq və s. kimi
mənaları ifadə edir; ağzı qatıx kəsməmək – sözü keçməmək, sözü heç kəs tərəfindən eşidilməmək (mənfi
mənada); ağzıgöyçəhliy eləmək – sözyüş söymək, nə gəldi danışmaq (mənfi mənada).
Ayaq – Bu somatizm “ayağ” formasında qərb qrupuna daxil olan dialekt və şivələrdə həm insan
orqanlarından birinin adını, həm uzaq, kənar mənalarını, həm evin və ya stolun aşağı tərəfi, həm də
alçaltmaq, aşılamaq mənalarını, “ayax” formasında isə Naxçıvan dialektində uzaq, kənar mənalarını ifadə
edir. Məsələn: Ağdam dialektində “əyağına düşməx`” – yalvarmaq; ayax çəhmək – aldatmaq, işinə mane
olmaq; Cəbrayıl dialektində “əyağının altınnan yer qaçmax”– donub qalmaq, dəhşətə gəlmək, həddindən
artıq təəcüblənmək; yenə Cəbrayı şivələrində “əyağınnan çəhməx`” – işinə mane olmaq, quyu qazmaq
mənalarında işlənməkdədir.
Barmaq – Bu somatizm dialekt və şivələrdə həm “barmağ” formasında bədənin kiçik bir üzvünün
adı, həm də “barmax” formalarında Göyçay, Kürdəmir şivələrində arabanın yanlığına keçirilən şaquli
taxta, Oğuz dialektində isə pəncərə şüşəsini saxlamaq üçün kənarlarına vurulan nazik taxta mənalarında
işlədilir. Qərb qrupu dialekt və şivələrində isə biz “darmağ” və “barmax” somatizmini sabit söz
birləşmələrinin tərkibində görürük. Füzuli dialektində “barmax basmax”– işi görmək, işə qarışmaq;
barmağına dolamax - ələ salmax, gülmək; Ağdam şivələrində “barmax qoymax” – sahiblənmək,
yiyələnmək, işə qarışmax; Gəncə dialektində “barmağınnan basıf gözünü çıxarmax” - hədələmək
mənalarını ifadə edən sabit söz birləşmələri var.
Boğaz – Baş və bədəni birləşdirən orqanın adıdır. Füzuli dialektində somatizm həm orqanının adını
bildirir, həm də borclu olmaq mənasında işlənir, Səlyan dialektində isə sünbülləmək mənalarında, Bərdə
dialektində “boğaz otarmax” formasında – yemək yemək, qarın doldurmaq; Füzuli dialektində “boğaza
gətirməx`” formasında – bezdirmək, cana doydurmaq mənalarını; Ayrım dialektində “boğaz olmax” –
hamilə olmaq, boynuna uşaq düşmək; Gəncə və Füzuli dialektlərində “boğaz olmax” formasında – borclu
olmaq; “boğazını üzməx`” - əlindən almaq, istədiyi ələ keçirmək mənarını ifadə edir.
Boyun – bədən üzvlərindən biri kimi boğazın arxa hissəsinin adıdır. Bundan başqa Ağdam, Bərdə,
Qazax, Şəmkir, Şuşa dialektlərində araba və ya kotana qoşulan öküzə və ya kələ, Kürdəmir dialektində
isə bir cüt öküzlə şumlanması mümkün olan torpaq sahəsinə deyilir. Qərb qrupu dialekt və şivələrində
somatizm kimi isə Ağdam dialektində “boynuna ip salmax”– evləndirmək, ələ keçirmək, yola gətirmək;
Füzuli dialektində isə “boynuna uşax düşmax”– hamiləlik mənalarını ifadə edən sabit söz birləşmələri
yaradır.
Dırnaq – barmağın mayasının üzərində yerləşən sədəfin adıdır. Qərb qrupunda bu somatizmlə
yaranan sabit söz birləşməsinə Ağdam dialektində “dırnaxnan ətin arasına girməx” birləşməsini nmunə
göstərmək olarkı, bu da “arasına vurmaq, çox yaxın qohum, dost olan iki adamı bir-biri ilə dalaşdırmaq”
mənasını ifadə edir.
Dil – Bu somatizm bir dil vahidi kimi dialektlərdə həddindən artıq aktivdir. Tədqiq edilən dialekt
və şivələrdə bu somatizm maraqlı frazeologizmlərin əmələ gəlməsində iştirak edir. Məsələn: Ağdam
dialektində “dil çıxartmax”– ağız açmaq, yalvarmaq, xahiş etmək; “dilini işə salmax” – yalvarmaq, xahiş
etmək; Füzuli dialektində “dil bulamax”– kiminsə və ya nəyinsə haqqında pis danışmaq; “dil sürüməx`”
– razılıq verməmək, kiminsə və ya nəyinsə haqqında pis danışmaq; “dili ağzına sığmamax”– bir şey
haqqında şişirdərək danışmaq; “dili təpiməx”susuzlamaq; dili gəlməməx; “dilinin balasına düşməx” –
danışdığı sözün bəlasına düşmək; Şuşa dialektində “dili topux çalmax”– pəltəkləmək, tərəddüd etmək;
Gəncə dialektində “dilində söz bitif” - bir sözü dəfələrlə təkrar etmək mənasında.
Diş – Tədqiq edilən dialekt və şivələrdə diş somatizmi sabit söz birləşməsi əmələgətirmədə o qədər
də aktiv deyil. Bu somatizmlə tədqiq olunan dialekt və şivələrdə biz bir neçə sabit söz birləşməsi
müəyyənləşdirdik: Şuşa dialektində “dişi bağırsağını kəsmək”– hirslənib söz deyə bilməmək; Gəncə
dialektində “dişini qıjamax” – dirənmək, tərslik etmək
Dodaq – Bu somatizm də qeyri-aktiv sözlər qrupuna daxildir. Gəncə dialektində biz “dodağı
qaçmax” – gülümsəmək; “dodağını sallamax” – küsmək; “dodağını büzməx`” - küsmək; “dodağının
büzüşdürməx`” – xoşlamamaq, xoşuna gəlməmək mənalarında görürük.
389
Melihe F. ESEDOVA/Azerbaycan Dili Gerb Grubu Dialekt ve Şivelerinde Sabit Söz Birleşmelerinin…
Əl – bu sözə biz qərb qrupu dialekt və şivələrində həm insan orqanlarından birinin adı, həm də
tamamilə fərqli mənalarda rast gəlirik. Qərb qrupu dialekt və şivələrində ən aktiv somatizmlərdən biridir.
Orqan adı bildirməklə yanaşı, müxtəlif mənalı sabit söz birləşmələri də yaradır. Msələn: əl yeri qoymax
(Füz., Gən.); əldən ağıza (əyağa) qalmax (Cəb.) əlacsız qalmaq; əldən salmax (Füz.) - yormaq; əlinnən
təngə gəlməx` (Gən.)-bezmək.
Ət – Bu somatizmi də qərb qrupu dialekt və şivələrində o qədər də aktiv hesab etmək olmaz. Bu
somatizmli sabit söz birləşmələrinə Cəbrayıl dialektində “ətə-qana dolmax” – kökəlmək, yaxşılaşmax;
“ətinə-qanına yerihləməx`” – düşmən olmaq, zəhləsi getmək və Füzuli dialektində “ətini şişə çəhməx`” –
dalaşmaq, döymək mənalarında rast gəlirik.
Göz – somatizmi də baş somatizmi kimi qərb qrupu dialekt və şivələrində həddindən artıq aktivdir
və bu somatizmini fərqli konseptləri görürük. Məsələn: gözü qıpıx eləməx`(Cəb., Füz.) – qorxaq etmək;
gözümçıxdıya salmax (Cəb.) – qorxuzmaq, narahat etmək, incitmək; gözündə qalmax (Füzuli) – arzusuna
çatmamaq, gözündə qoymax; gözünə basmax (Cəbrayıl) – acgözlüklə yemək, göstərmək.
Bağır (əks. şiv.) – ciyər. – Qərb qrupu dialekt və şivələrində maraq doğuran somatizmlərdən biri
də çiyər mənasını ifadə edən “bağır” sözüdür. Məsələn: bağrı yarılmaq (Gəncə) – qorxmaq, dərd çəkmək,
sinəsinə dağ çəkmək, əzab çəkmək. Bağır kavavı çox xeyirridi (V.); – Bağırı içalatnan bir yerdə qazanda
da pişirrix
1
(Qb.); – İkijə şiş bağır da çəx
1
sən
1
yaman olar (A.Sal.).
2. Onomastik vahidli sabit söz birləşmələri: Dilin ən mütəhərrik və dəyişkən dil vahidlərindən
biri olan onomastik vahidlər ta qədimlərdən bu günə qədər istrə tarixçilərin, istərsə də dilçilərin diqqət
mərkəzində olmuş və daha çox da antroponim və toponimlər haqqında müxtəlif xarakterli məlumatlar
verilmişdir. Toplanan dialektoloji materialların təhlili göstərdi ki, qərb qrupuna daxil olan Qarabağ
dialektinin Şuşa, Cəbrayıl, Füzuli və Ağdam şivələrində antroponim və toponimli sabit söz birləşmələri
ilə qarşılaşdıq. Bu birləşmələrdə onomastik vahidlər subyekti və obyekti adlandırmadan çox məcazilik
mövqeyinə keçərək hansısa əlamətin ifadəçisinə çevrilirlər. Məsələn: Fatıya tuman olmax (Cəb., Füz.)- az
olmaq, çatışmamaq (Mınnan fatıya tuman olmaz, borcum-xərcim çoxdu); Fatma nənənin hanası (Cəb.) –
göy qurşağı (Fatma nənənin hanası yağış yağannan sora görükür); Kərəmə Əslini tanıtmax (Ağd.) –
həqiqəti açmaq, kimisə tərifləyərək və pisləyərək tanıtmaq (Mina bax Kərəmə Əsliyi tanıdır); İlanı Seyid
Əhməd əli ilə tutmax(Cəb., Füz.) – başqasının əli ilə kiməsə ziyan vurmaq, zərər yetirmək (O:n belə
danışmağna baxma, bijdi, ilanı Seyid Əhməd əliynən tutur).
3. Məişət əşyalarının adları əsasında formalaşan sabit söz birləşmələri: Məişət leksikası
dedikdə insanların hər gün işlətdiyi ən vacib, ən lazımlı əşyaların adlarını bildirən sözlər nəzərdə tutulur. Bura
gündəlik həyatda işlənən yemək, geyim, bəzək, ev əşyalarının adları daxildir. Bu qrupa daxil olan sözlər
xalqın həyat tərzi, ailə münasibəti, düşüncəsi və s. cəhətləri ilə bağlıdır. Xalqın maddi və mənəvi tarixi ilə sıx
bağlı olan, gündəlik işlətdiyi məişət sözləri dilin tarixi, sözlərin etimologiyası ilə əlaqədar bir sıra məsələlərin
açılması üçün lüğət tərkibinin mühüm qatlarından birini təşkil edir. Bizim tədqiqata cəlb etdiyimiz qərb qrupu
dialekt və şivələrində isə qeydə alınan məişət sözlərini aşağıdakı kimi qruplaşdırmaq olar: 1) Geyim, parça,
zinət və bəzək əşyalarının adları: can köynəyi – sevgili; baş cunası – baş bəlası, motal papax – yekə-yekə
danışan; qızqaytaran başmax – qızlar haqqında pis danışan qarı və ya qadın; ballı üzüx` - yantar qaşılı
üzük. 2) Ev əşyalarının adları. Məsələn: Gənçə dialektində “qaşıx bulamax”– ara qarıçdırmaq, kiminsə
sözünü danışmaq; Ayrım dialektində “qazan bulamax”, Cəbrayıl şivələrində “kəfkir bulamax” eyni
mənaları; “ələyi ələnib xəlviri göydə oynayır” – Füzuli şivələrində qocalmaq, əldən düşmək, vaxtı
keçmək, artıq çox gec olmaq; Ağdam şivələrində “çömçə tutmax”; Goranboy şivələrində “qazan dibi
qaşımax” – köhnə söz-söhbəti yenidən açmaq, aranı qarışdırmaq; Şuşa şivəsində “pıçax boğaza
dirənmək” – cana doymaq, bezmək; Cəbrayıl şivələrində “yuyulmmış çömçə kimi ortalığa girməx`” – aid
olmayan söhbətə qarışmaq mənalarını ifadə edən sabit söz birləşmələrini nümunə göstərmək olar.
4. Saylar əsasında formalaşan sabit söz birləşmələri: Qərb qrupu dialekt və şivələrində sabit söz
birləşmələrinin bir qismini komponentlərindən biri say olan birləşmələr təşkil edir. Bütün sabit söz
birləşmələrində olduğu kimi buradada saylar özlərinin konkret miqdar bildirmə xüsusiyyətini itirərək
məcazlıq qazanaraq, bəzi hallarda qeyri-müəyyən miqdar, bəzi hallarda isə miqdardan tamamilə uzaq bir
anlayış ifadə edirlər. Məsələn: yeddi dərədən su gətirmək(Ay.); yeddi dərənin suyunu bir dərəyə calamax
(Ağd.) sabit söz birləşmələrinin birincisində “yalan danışmaq” və ikincisində isə “işləri qarışdırmaq”
mənasını ifadə edir.
5. Yemək adları, tərəvəz, bitki və digər yemək məhsullarının adları əsasında formalaşan sabit
söz birləşmələri. Süfrə mədəniyyəti hər bir ailənin mədəni səviyyəsini və onun yaşayış tərzini əks etdirir.
390
III. Uluslararası Türk Dünyası Araştırmaları Sempozyumu
Qərb qrupu dialekt və şivələrindəki sabit söz birləşmələrinin leksik tərkibinin təhlili göstərdi ki, onların
bir çoxu yemək adları əsasında formalaşmışlar: bozbaş qızdırmax (Gən.); şorva qızdırmax (Ayrım);
qaymax tutmax (Ağd.); qoz qabığına soxmax (Gor.); piy bağlamax (Ağd.); saqqala soğan doğramax
(q.q.); smitannıx eləməx`(q.q.); süd gölündə üzçəx`(Ağd.); yumurtadan yun qırxmax (Ay.); yumurta
üstündə oturmax (Ağd.); yumurtası tərs gəlməx`(Göygöl); buğda yeyib, cənnətdən qaçmax (Füz.); çörək
itirmək(q.q.); çörəyi daşdan çıxmax (Cəb.); ətini şişə çəhməx`(Füz.); isdi aşına soyux su qatmax (Ağd.).
Bu frazeoloji birləşmələrdə yemək adları öz ilkin təyinatını itirərək adlandırdığı yeməyin xarakterinə
uyğun yeni bir məna qazanırlar.
6. Əlamət bildirən sözlər əsasında formalaşan sabit söz birləşmələri: Qərb qrupu dialekt və
şivələrində sabit söz birləşmələrinin formalaşmasında əlamət bildirən sözlər də iştirak edir. Belə
birləşmələrdə sifətlər əsasən ifadə etdiyi əlamətin semantikasını sabit söz birləşməsinin mənasına keçirir:
ağır tərpənmək; girinc olmax (Füz.): boş qoymax (Cəb.); boz ay (Şuşa); köhnə palan içi töhməx`
(Göygöl); ket getməy (Cəb., Füz.); qıpığ eləməx`(Ağd., Cəb.); quru yerdə olmax (Füz.); lüt qalmax (Ay.);
lüt qoymax (Füz.). Amma bu hal həmişə təkrarlanmır. Məsələn: “ağ” – rəng bildirən söz semantikasına
görə müsbət məna bildirir və bu çaları bir çox frazeoloji birləşmələrə ötürə bilir (ağ günə cəxmax; ağ
torpax). Tədqiq olunan dialekt və şivələrdə biz bunun fərqli formalar ilə də qarşılaşırıq. Beləki, ağ yağış
(leysan); ağına-bozuna baxmamax - sabit söz birləşmələrində tamamilə əks semantikanı yaradır.
Qara - rəng anlamını ifadə edən söz də qərb qrupu dialekt və şivələrində maraqlı semantik
çalarlıqlarda çıxış edir: qara basmax (Şəmk.) – gözünə nə isə görsənmək, qorxmaq; qara xavar (Cəb.) –
pis xəbər; qara yerə girəsən (Cəb., Füz.) – qarğışdır, feli sabit söz birləşməsidirz, öləsən, gora və ya qəbirə
girəsən mənalarındadır. Gördüyümüz kimi, nümunələrdə mənfi çalarlıq əsas yeri tutur. Halbuki, oğuzların
qədim yazılı abidələrindən biri hesab edilən “Kitabi-Dədə Qorqud” dastanlarında biz qaranın məhz
müsbət çalarları ilə tanış oluruq. “Qara”nın bu semantikası müasir gündə ədəbi dildə olmasa da,
Azərbaycan dialektlərində qalmışdır: qaqa – böyük qardaş.
7. Kosmoterminlər əsasında formalaşan sabit söz birləşmələri: Qərb qrupu dialekt və
şivələrinin sabit söz birləşmələrinin formalaşmasında iştirak edən komponentlərdən biri də
kosmoterminlərdir. Digər komponentlərlə müqayisədə kosmoterminlər birləşmələrin tərkibində daha çox
simvolik rola malikdirlər və daha çox zaman anlayışının ifadəsində iştirak edirlər. Qərb qrupunda belə
birləşmələr çox azdır: Gün dağa dirənən vaxtı \ gün batanda (Ağd.) – günün müəyyən saatı, axşamçağı;
gün verif işıx verməməx (Ay.) – incitmək, əziyyət vermək; Günü-günə satmax (Cəb.) – gecikdirmək;
Ayrım və Cəbrayıl dialektlərində biz kosmoterminlərin həm də insani münasibətlərin ifadəsi kimi
iştirak edən frazeoloji birləşmələrin əsas komponenti kimi də çıxış edirlər: gün ağlamax (Cəb.) – qeydinə
qalmaq; gün görməmiş (Ay.) – qarabəxtli, qaragünlü; günü qara gəlmiş (Ay.) – bədbəxt.
8. Zooterminlər əsasında formalaşan sabit söz birləşmələri: Qərb qrupu dialekt və şivələrində
zooterminli sabit söz birləşmələri də vardır ki, bu birləşmələrdə də digərlərində olduğu kimi əsas
komponent öz mənasından uzaqlaşaraq yeni semantik çalarlar qazanır. Maraqlıdır ki, Azərbaycan
dialektlərində zooterminlərin işlənməsi fərqlidir, yəni bütün zooterminlər sabit söz birləşmələrinin
tərkibinə daxil ola bilmirlər. Zooterminlər sabit söz birləşmələrinin komponenti kimi insan fəaliyyətini
müxtəlif sahələrini və vəziyyətlərini əks etdirirlər. Bu səbəbdən də bir heyvanın adı fərqli etalonlarda
çıxış edərək bu dialekt və şivələrdə insanların həmin heyvana fərqli yanaşmalarını əks etdirir.
Qərb qrupu dialekt və şivələrindəki sabit söz birləşmələrinin tərkibintə işlənən zooterminlər – ilan,
dovşan, qurd, quzu, qurbağadır. Yəni insanların bu ərazilərdə daha çox qarşılaşdıqları heyvanlar və
onların xarakterik xüsusiyyətləri bu birləşmələrin mənasına oturmuşlar. Sadalanan zooterminlərdən daha
çox aktiv olanı “ilan”dır: ilan ağzınnan qurtarmax (Gor.); ilan kimi qabıx qoymax (Cəb., Füz.), ilanı
Seyid Əhməd əli ilə tutmax(Cəb., Füz.).
Maraqlıdır ki, bir çox dialektlərdə və dillərdə sabit söz birləşmələrinin tərkibinə daha çox kənd
təsərrüfatında, insanın məişət həyatında fəal rol oynayan heyvan adları istifadə edilirsə də, qərb qrupunda
heyvanın məişət əhəmiyyəti yox, xarakteri nəzərə alınaraq istifadə edilir. Məsələn: Ağdam şivələrində
“ağzına çullu doyşan sığmamax” – bir şey haqqında şişirdərək danışmaq, özündən demək, tərifləmək;
atdöşü eləmək – qovmaq, əzab vermək, yorma; qurbağa gölünə daş atmax - susdurmaq, Şəmkir şivəsində
“qurt quzulamax” – yazda yağan narın yağış, Cəbrayıl şivəsində - “öküzü öldürüf, pışağı quyruğunda
sındırmax” – işi yarıtmamaq, Yevlax şivəsində “pişiyini ağaca dırmandırmax” – qabağını kəsmək,
çıxılmaz vəziyyətə salmaq; Ayrım dialektində “it ağzına keçməx`” pis günə qalmaq, işi gətirməmək;
Gəncə dialektində “it gününə qalmax” – pis günə qalmaq, pis vəziyyətə düşmək mənalarında işlənir.
391
Melihe F. ESEDOVA/Azerbaycan Dili Gerb Grubu Dialekt ve Şivelerinde Sabit Söz Birleşmelerinin…
9. Adət-ənənə, mərasim sözləri əsasında formalaşan sabit söz birləşmələri: Ədəbi dildə olduğu
kimi, şivələrimizin də lüğət tərkibi yeni quruluşla, ictimai həyatla, din və mədəniyyətimizin inkişafı ilə
əlaqədar olaraq sabit qalmır, daim zənginləşir. Belə ki, məişətlə əlaqədar bir sıra sözlər ömrünü başa
vuraraq yeniləşmənin hökmü ilə arxaikləşir. Lakin tədqiq edilən şivələrində müşahidə edilən dialekt
faktları sübut edir ki, xalqımızın qədim adət və ənənələri ilə bağlı bir sıra sözlər öz işləkliyini bu günədək
qoruyub saxlaya bilmişdir. Adət-ənənələrlə bağlı sözlər də bu qəbildəndir. Qərb qrupu dialekt və
şivələrində toy və yas mərasimlərində insanların adət-ənənəyə bağlılığı xüsusilə duyulur. Bu dialektlərdə
qeydə aldığımız mərasim sözlərinin iştirakı ilə formalaşmış sabit söz birləşmələri: Gəncə və Ayrım
dialektlərində “toy tutmax” – dalaşmax, biabır etmək; Ayrım dialektində “vayına oturmax” – ölüm
arzulamaq, yasında ağlamaq; “yas tutmax” - kiminsə ölümünü xatırlamaq və s.
ƏDƏBIYYAT
Azərbaycan dialektoloji lüğəti.(1999) I c., Ankara: Kılıçaslan Matbaaçılık Ltd., 374 s.
Azərbaycan dilinin dialektoloji lüğəti.(1964) Bakı: Azərb. SSR EA nəşriyyatı, 480 s.
Azərbaycan dilinin dialektoloji lüğəti.(2007) Bakı,Şərq-Qərb? 566 s., s. 15
Azərbaycan dilinin qərb qrupu dialekt və şivələri.(1967) I cild. Bakı: Azərb. SSR EA nəşriyyatı, 281 s.
392
III. Uluslararası Türk Dünyası Araştırmaları Sempozyumu
KUTADGU BİLİG’DE
TEK KULLANIMLI KELİMELERİN KAVRAM ALANI
Arş. Gör. Melike UÇAR
Özet: Çalışmada Kutadgu Bilig’de yer alan ve sadece bir kere geçen kelimeler incelenecektir. Tespit edilen
kelimeler kavram alanları bakımından tasnife tabii tutulacaktır. Bu çalışma ile Karahanlı sahasında edebi
metin bağlamında sadece bir kere kullanılmış olan kelimeler bir araya getirilerek bundan sonra yapılacak
çalışmalara ışık tutması hedeflenmektedir.
Anahtar kelimeler: Kutadgu Bilig, tek kullanımlık, kavram dünyası.
Words in Kutadgu Bilig Concept Area of Used Once
Abstract: Situated just in Kutadgu Bilig and will be examined only once last words. Determined words will
be graded in terms of concept areas. This study Karahan field of literary texts in the context of bringing
together words that have been used only once, aims to shed light on the work to be done after that.
Keywords: Kutadgu Bilig, hapax, concept area.
Karagöz tarafından yapılan “Kutadgu Bilig’in Söz Varlığındaki (Bazı) Hapax Legomenon (Tek
Kullanımlık)lar”
1
adlı çalışmadan ilham alınarak yapılan bu incelemenin bazı farklı yönlerini ifade
etmeden önce hapax terimini açıklamakta fayda vardır. Bilim camiasında hapax legomenon olarak
kullanılan terimin Türkçe karşılığı tek kullanımlık olup kelime, Yunan dilinden gelmektedir: hapax
legomenon < Yun. hapax “bir defa” + legein “söyle-”. Kelimenin tam anlamı edebî metinlerde ve
belgelerde sadece bir kere geçen bu nedenle de anlaşılırlık düzeyi zor olan terim olarak kabul
edilmektedir (Uçar, 2012: 73,74; Trask, 2000: 146; Busmann, 1998: 203a; Clauson, 1971: XXXIV).
Karagöz (2011) çalışmasında sadece Kutadgu Bilig’de yer alan tek kullanımlıkları tespit etmiş ve bunu
liste hâlinde vermek yerine rakamsal olarak sunmuştur. Rakamsal veri açısından Kutadgu Bilig dizininde
785 sözcüğün sadece bir kez kullanıldığını, bunlardan Arapça 163, Farsça 32, Sanskritçe 2, aynı kökten
genişletilmiş 314 kelimenin var olduğunu ifade etmektedir. Ancak yapılan tarama sonucunda Kutadgu
Bilig’de 792 kelimenin bir kez geçtiğini tespit edilmiştir. Fakat Karagöz çalışmasında geçen kelimeleri
zikretmediği için hangi kelimelerin farklılık arz ettiğini ifade etmek zor görünmektedir. Karagöz’ün
çalışmasında hapax teriminin ne olduğu ve bir metinde sadece bir kere geçen kelimenin hapax olup
olmadığı soruları yöneltilmektedir. Görünen o ki sadece Kutadgu Bilig’de geçen kelime Karagöz
tarafından hapax olarak görülmüş ve 8 kelime hakkında bazı görüşler beyan edilerek çalışma
sonlandırılmıştır.
Yapılan inceleme sonucunda bir kelimenin hapax olabilmesi için bir metinde yalnız bir kere
geçiyor olmasının gerekliliği kanaatine varmaktayız. Çünkü bir kelime kendinden önceki yüzyıllarda
yazılan metinlerde yer almıyorsa bu sonraki yüzyıllarda yer almayacak anlamına gelmemektedir. Yani
hapax olarak ele alınan terimin, bize göre kendinden önce ve sonraki yüzyıllardaki metinlerde
kullanılmamış olması gerektiği söylenebilir. Bu sebeple hapax teriminin bilim camiasında tam olarak
yerini bulamamasından dolayı bu terimi hem kavramsal hem de anlamsal boyutta kullanmayı uygun
bulmadık. Çalışma alanımızda hapax yerine Kutadgu Bilig’de yer alan tek kullanımlı kelimelerin
beyitlerle birlikte kazandığı kavram dünyasını tasnif etmeyi uygun gördük. Bu çalışmada Kutadgu
Bilig’de sadece bir kere geçen kelimeler tespit edilmiştir. Bu kelimelerin listesinin epey uzun olması
sebebiyle sadece Türkçe isimler ele alınıp bu isimler dönemin diğer eserlerinde taranmış ve aynı olan
isimler listeden çıkartılmıştır. Sonra tasnifi yapılan bu kelimeler rakamsal veri olarak sunulmuştur. Ayrıca
Kutadgu Bilig’de bulunup dönemin diğer metinlerinde de bulunuyor fakat anlam farklı ise kelime tasnife
dâhil edilmiştir. Ayrıca fiilimsi eki alıp da fiilin anlamından çok başka anlama gelmeyen kelimeler diğer
metinlerde fiilimsi almış hâli yoksa bile kelime var kabul edilip tasnife dâhil edilmemiştir.
2
Erciyes Üniversitesi Edebiyat Fakültesi TDE Bölümü, ucarmelike85@gmail.com
1
İlknur Karagöz, “Kutadgu Bilig’in Söz Varlığındaki (Bazı) Hapax Legomenon (Tek Kullanımlık)lar”, Doğumunun
990. Yılında Yusuf Has Hacip ve Eseri Kutadgu Bilig Bildirileri, 26-27 Ekim 2009, TDK, Ankara 2011, s.267-273.
2
köçkün: göç eden (6112) kelimesi Karahanlı döneminin diğer metinlerinde köç- fiili olarak kullanılmıştır. (DLT,
TİEM, RKT). Örnekleri çoğaltmak mümkündür: kalım: kalma, kalış(4755); külgüçi: gülen kimse (1145); mingüçi:
394
III. Uluslararası Türk Dünyası Araştırmaları Sempozyumu
Sadece Kutadgu Bilig’de yer alan tek kullanımlı isimlerin kavram alanının tasnifi ve isimlerin
geçtiği beyitler 2 ana başlıkta incelenmiştir. İlk başlık isimler ikinci başlık sıfat ve zarflardır. Bu ana
başlıklar kendi içinde de alt başlıklara ayrılarak detaylı bir tasnif denemesi yoluna gidilmektedir. Ana ve
alt başlıklı tasnif şöyle gösterilebilir:
Достарыңызбен бөлісу: |