Iii beynəlxalq türk dünyasi araşdirmalari simpoziumu III. Uluslararasi türk dünyasi araştirmalari sempozyumu ІІІ халықаралық ТҮркі әлемі зерттеулері симпозиумы



Pdf көрінісі
бет100/102
Дата03.03.2017
өлшемі42,43 Mb.
#6018
1   ...   94   95   96   97   98   99   100   101   102

KAYNAKÇA 

Arijon, Daniel, (1995), Film Dilinin Grameri Cilt. 1-2-3, Çev. Yalçın Demir, Nazlı Bayram, Uğur Demiray, Nazmi 

Ulak, Murat Barkan, Kavram Yayınları, İstanbul. 

Aydemir,  Özgür  Kasım  ve  Aydemir  Er,  Nermin,  (2010)  “Özne  ve  İktidar  Bağlamında  Televizyon  Reklamları 

Üzerine  Artzamanlı  Eleştirel  Söylem  Çözümlemesi”,  24.  Ulusal  Dilbilim  Kurultayı,  Orta  Doğu  Teknik 

Üniversitesi, Ankara 

Aydemir,  Özgür  Kasım,  (2011),  “Televizyon  Reklamlarının  Artzamanlı  Toplumdilbilimsel  Özellikleri”,  IV. 

Uluslararası Dünya Dili Türkçe Sempozyumu, Muğla Üniversitesi, Muğla. 

Aydemir, Özgür Kasım, (2012), “Çocuklara Yönelik Televizyon Kanallarında Dil Kullanımı”, Uluslararası Yaşayan 

Türkçe Bilgi Şöleni, İstanbul Üniversitesi, İstanbul. 

Batı,  Uğur,  (2005),  “Bir  Anlam  Yaratma  Süreci  ve  İdeolojik  Yapı  Olarak  Reklamların  Göstergebilim  Bir  Bakış 

Açısıyla Çözümlenmesi” Cumhuriyet Üniversitesi Sosyal Bilimler Dergisi, Cilt: 29 No: 2, s. 175-190. 

Batı, Uğur, (2010), Reklamın Dili, Alfa Yayınları, İstanbul. 

Cereci, Sedat, (2004), Reklam Sanatı, Metropol Yayınları, İstanbul. 

Edward,  McQuarrie  and  Glen  Mick,  David,  (1996),  “Figures  Of  Rhetoric  in  Advertising  Language”,  Journal  Of 

Consumer Resarch. 

Geoffrey, Leech, (1972), English in Advertising, Longman, London. 

Goddaard, Angela, (1998)The Language Of Advertising, Routledge, London. 



670 

III. Uluslararası Türk Dünyası Araştırmaları Sempozyumu 

Ilgın,  Leyla  (1998),  “Reklamlarda  Dil  Kullanımı”,  XII.  Dilbilim  Kurultayı  Bildirileri,  14-16  Mayıs,  Mersin 

Üniversitesi. 

Küçükerdoğan, Rengin,(2011), Reklam Nasıl Çözümlenir, Beta Yayıncılık, İstanbul 

Sullivian, Luke, (2000), Satan Reklam Yaratmak, Çev. Sevtap Yaman, MediaCat, Ankara. 

Williamson,  Judith,  (2000),  Reklamların  Dili  “Reklamlarda  Anlam  ve  İdeoloji”,  Çev.  Ahmet  Fethi,  Ütopya 

Yayınevi,  Ankara. 

Yengin, Hülya, (1996), Medyanın Dili, Der Yayınları, İstanbul. 

Yılmaz, Ergin, (2004), “Medyatik Dil  Alanları:  Reklamcılık Dili Üzerine  Metin Dil Bilimsel Bir İnceleme” Türk 

Dili, Sayı: 600. 


OĞUZ QRUPU TÜRK DİLLƏRİNDƏ HAL ŞƏKİLÇİLƏRİNİN MƏNACA ƏVƏZLƏNMƏSİ 

 

Baş Müəllim Dr. Z. TEYMURLU



 

Müəllim Dr. Z. EMİROĞLU





 

 



Xülasə:  İsimlər,  kəlimə  qrupları  və  cümlələr  içində  digər  kəlimələrlə  münasibətləri  sırasında,  münasibətin 

cinsinə  görə  müxtəlif  hallara  girirlər.  İsmin  hallanması  adı  verilən  bu  qrammatik  hadisə  zamanı  bir  hal 

şəkilçisi bəzən başqa bir hal şəkilçisinin yerinə keçə bilir, eyni zamanda məna baxımından onu əvəz edə bilir. 

Halların bu şəkildə mənaca bir-birini əvəz etməsinə oğuz qrupunda yer alan qaqauz, Türkmən, Azərbaycan 

və Türk dillərində rast gəlinir.  

Açar Sözlər: Hal şəkilçisi, oğuz qrupu, Türk dilləri, məna əvəzlənməsi 

Replacement of Case Suffixes in Oghuz Turkish Group in Terms of Meaning 

Abstract:  Nouns  goes  into  different  cases  according  to  the  type  of  attitude  among  word  groups  and 

sentences.  During  this  grammatical  event  that  named  as  cases  of  nouns  sometimes  one  case  suffix  can  be 

switched  to  another  case  place,  at  the  same  time  is  able  to  replace  it  in  terms  of  meaning.  This  type  of 

alternation  of  meaning  are  found  in  the  Gagauz,  Turkmen,  Azerbaijan  and  Turkish  languages  whıch  takes 

place in Oghuz group. 

Keywords: case suffix, Oghuz group, Turkish languages, replacement of meaning 

Müasir Türk dilləri ümumi Türk kökündən təşəkkül tapıb formalaşsa da fonetik, leksik, qrammatik 

quruluşlarında tədricən  müəyyən  fərqli  xüsusiyyətlər ortaya  çıxmışdır.  Ayrı-ayrı  Türk  dillərinin tədqiqi 

zamanı  qohum  dillərlə  ümumi  və  fərqli  cəhətlərin  ortaya  çıxarılması  tədqiq  olunan  dilin  spesifik 

xüsusiyyətlərini daha da dərindən öyrənməyə geniş imkan verir. Oğuz qrupu Türk dillərini qeyd olunan 

mövzuda qarşılaşdırmamızın səbəbi ortaq elementləri aşkar edərək bu dillərin tarixi əlaqələrini, qarşılıqlı 

təsir  xüsusiyyətlərini  ortaya  çıxarmaqdır.  Buna  nail  olmaqdan  ötrü  oğuz  qrupu  Türk  dillərində  cümlədə 

sözlər arasında əlaqə yaradan əsas vasitələrdən biri olan hal kateqoriyasını və bu kateqoriyada müəyyən 

məna əvəzlənmələrini tədqiqata cəlb etmişik. 

Ə.Dəmirçizadə qeyd edir ki, əslində isimlərdəki hal ismin başqa sözlə bağlanması və uzlaşmasının 

formalaşmasıdır (Dəmirçizadə, 1962: 195). R.A.Budaqov halın – bir ismin digər bir ismə olan əlaqəsini 

və ya ismin feillə olan əlaqəsini ifadə edən qrammatik sonluqlar vəhdətindən və mənaların məcmuundan 

ibarət olduğunu yazır (Budaqov, 1956: 169). Müxtəlif dillərdə qrammatik sonluqların sayı müxtəlifdir. 

Rus  dilində  (çağırış  və  qədim  yerlik  hal  hesaba  alınmazsa)  halların  sayı  6,  alman  dilində  -  4, 

Dağıstan dillərinin çoxunda isə olduqca çoxdur. Fransız və ingilis dillərində də isimlər adətən hallar üzrə 

dəyişmir (bununla belə ingilis dilində 2 hal var) (Budagov, 1956: 169-170). Türk dillərinin əksəriyyətində 

6  hal  forması  (adlıq,  yiyəlik,  yönlük,  təsirlik,  yerlik  və  çıxışlıq)  qəbul  edilib.Lakin  bəzi  Türk 

dillərində(qazax, qaraçay-balkar, çuvaş və s.) hələ indi də birgəlik çağırış halları deyə əlavə 2 hal forması 

da  qeyd  olunur  (Budagov,  1956:  98).  Q.F.Blaqova  da  Türk  dillərində  eyni  tip  hallanmanın  mövcud 

olduğunu qeyd edir (Благова, 1982: 304).  

Qədim  Türk  dilində  9  hal  qeyd  olunur:  Belirsiz  hal,  ilgi  halı,  yaklaşma  halı,  yükleme  halı, 

bulunma-ayrılma  halı,  ayrılma  halı,  vasıta  halı,  eşitlik  halı,  yön  halı.  (Gabain, 1988:  63-65).  Qaqauz  və 

Türk  dillərində  9,  Azərbaycan  və  Türkmən  dilində  isə  6  hal  verilir.  Bizim  tədqiqat  obyektimiz 

Azərbaycan,  Türk,  qaqauz,  Türkmən  dillərindəki  halların  mənaca  əvəzlənməsi  olduğu  üçün  biz  əsas  6 

halın bir-birinin yerinə işlənməsini nəzərə çatdırmağa çalışacağıq.  

F.Zeynalov  “Türk  dillərinin  müqayisəli  qrammatikası”  adlı  əsərində  Türk  dillərinin  əksəriyyəti 

üçün  6  hal  formasının  qəbul  olunduğuna  əsaslanaraq  səkkiz  Türk  dilini  müqayisə  etmişdir.(Zeynalov, 

2008: 45) Biz daha  əvvəl də qeyd etdiyimiz  kimi Azərbaycan, Türk, Türkmən və qaqauz dillərini verib 

əsas 6 halı tədqiqata cəlb etmək istəyirik: 

 

Türk 



 

Azərbaycan 

 

Türkmən 



 

Qaqauz 

                                                      

 

Qafqaz Universiteti Dillər Məktəbi, Bakı, zteymurlu@qu.edu.az 





 

Qafqaz Universiteti Dillər Məktəbi, Bakı, zsirinova@qu.edu.az 



672 

III. Uluslararası Türk Dünyası Araştırmaları Sempozyumu 

Yalın 

 

adlıq   



 

baş 


 

 

temel 



Tamamlayan 

yiyəlik   

 

eyelik   



 

saiblik 


Yönelme  

yönlük   

 

yöneliş  



 

dorudak 


Yükleme  

təsirlik   

 

yeniş   


 

gösterek 

Kalma 

 

yerlik   



 

vagt-orun 

 

yerlik 


Çıkma   

çıxışlıq  

 

çıhış   


 

çıkış 


Apardığımız tədqiqatda  əsas məqsədimiz oğuz qrupu Türk dillərində hal şəkilçilərinin bir-birinin 

yerinə  işlənməsində  uyğun  və  ya  fərqli  xüsusiyyətləri  aşkar  etməkdən  ibarətdir.  Halların  mənaca 

əvəzlənməsi bir hal şəkilçisinin başqa bir halın qrammatik mənasını ifadə etməsidir.  

Oğuz  qrupuna  daxil  olan  Türk  dillərinin  formalaşmasının  tarixi  qədimdir.  Dilin  tarixini  xalqın 

tarixindən  ayrı  təsəvvür  etmək  mümkün  deyildir.  Dildə  mövcud  olan  sözlər  tarixi  yaşadan  dəyərlərdir. 

Halların  mənaca  əvəzlənməsi  hadisəsinin  izlərinə  qədim  Türk  dilində  də  təsadüf  edilir:  Üç  yetmiş 



yaşımka adrıltım “Altmış üç yaşımda ayrıldım” (Tekin, 2003: 111)  

Qədim  Anadolu  Türkcəsində  də  halların  bir-birinin  yerinə  işlənməsi  hadisəsi  müşahidə  edilir: 



Günahlarum benüm hadden aşupdur ‘Benim günahlarım haddi aşmıştır’ (Gülsevin, 1997: 35).  

Qaqauz dilində hal şəkilçiləri aşağıdakı kimidir: 

Yalın hal(Nominativ hal) – Xüsusi qrammatik şəkilçisi yoxdur. 

İlgi halı (Genetiv hal) - -ın

4

 , -nın


4

 , -an


2

 . Məs.: ölünün, dirää 

Yükleme  halı  (Akkuzativ  hal)  -  -ı

4

.  Bəzi  hallarda  şəkilçi  düşür,  onun  yerinə  bitişdirici  samit  y 



işlənir.Məs.: gözünü, deliy

Yönelme halı (Datif halı) – (y)a

2

. Bəzi hallarda yönlük hal şəkilçisi düşür, onun yerinə y bitişdirici 



samiti işlənir. Məs.: Pazara, çürää, oray, nerey və s. 

Bulunma halı (Lokatif halı) - -da

2

  

Uzaklaşma halı (Ablatif halı) - -dan



 

Qaqauz  dilində  vasitə(instrumental),  eşitlik(ekvatif)  və  yön  göstərmə  (direktif)  halları  da  qeyd 



olunur.  Qaqauz  dilində  halların  əvəzlənməsinin  hər  növünə  təsadüf  edilir.Qaqauz  Türkləri  yerləşdikləri 

coğrafi  ərazi  baxımından  bir  neçə  dil  öyrənmək  məcburiyyətində  qalıblar.  Halların  bu  şəkildə  qarışıq 

işlənməsini  qaqauz  Türkcəsinin  roman,  rus,  bolqar,  yunan  dilləri  ilə  sıx  əlaqəsinin  nəticəsi  kimi 

göstərmək olar ( Özkan, 1996: 121-125).Məs.: 



1.

 

Yönlük hal şəkilçisinin yerinə təsirlik hal şəkilçisinin işlənməsi 

Bak sän budalayı, inanma zenginneri, Bak sän işi. “Budalaya” yerinə “budalayı” işlənib.  

Sändän kaari  kim  beni acıyacak,  etiştilär  onu, ver  onu  bırayı  və  s.”Bana”  yerinə  “beni”  , “ona” 

yerinə “onu” işlənib. 

Bu hala Azərbaycan dilində də təsadüf edilir. Ədəbi dildə “soyuqdu” xəbəri yönlük hal tələb etdiyi 

halda, Abşeronun bəzi şivələrində təsirlik halı tələb edir: Məni(mənə) souğdu.(Vəliyeva, 2003: 35)  

Şəxs  əvəzliyində  yönlük  hal  şəkilçisi  əvəzinə  təsirlik  hal  şəkilçisinin  işlənməsi hallarına Türkiyə 

Türkcəsinin dialektlərində təsadüf edilir. Məs.:Beni (mənə) bi çay yap (Brendemoen, 1998: 239). 

Türkiyə  Türkcəsinin  cənub-qərbi  Anadolu dialektlərində,  xüsusilə,  Dənizli  ətrafında  yönlük  halın 

yerinə  tersirlik  halın  işlənməsi  hadisəsi  müşahidə  edilir.  Məs.:  Bu  elmaya  vuranları(vuranlara)  bahşiş 

verilir.L.Karahan  yönlük  hal  şəkilçisinin  təsirlik  hal  şəkilçisinin  yerinə  işlənməsini  halların  mənaca 

əvəzlənməsi deyil, səs dəyişikliyi olduğunu qeyd edir: Avı gitmiş, evi gelmiş, deri kenarını getmiş”Ova 

gedib,  evə  gəlib,  dərə  kənarına  gedib”(Burdur),  Seni  gövü  götürüyon  “Səni  göyə  aparıram”  (Denizli), 

Altın  horaza  biŋ  lireye  sa’mışla  “Qızıl  xoruzu  min  liraya  satıblar”  (Denizli),  Deşime  galdırma  bacım 

Deşimi (su bəndi) qaldırma bacım”(İzmir), Başını dike:sin “Suyu başına çəkərsən”(Kütahya), Saklasın 

o  lokmaya  “O  tikəni  saxlasın”  (Kütahya),  İmtihannarı  gireriz  “İmtihanlara  girərik”  (Muğla). 

(Karahan, 1996: 153) 

2.

 

Təsirlik hal şəkilçisinin yerinə yönlük hal şəkilçisinin işlənməsi 

Çarşafları ur ütüye, Tez giydirerlär ona eni urbalara. 

Nümunələrdə görüldüyü kimi “ütüyü” yerinə “ütüye”, “onu” yerinə “ona” işlənmişdir. 



3.

 

Çıxışlıq hal yerinə yerlik hal şəkilçisinin işlənməsi 

673 

Dr. Z. TEYMURLU-Dr. Z. EMİROĞLU/Oğuz Grupu Türk Dillerinde Hal Şekilçilerinin Menaca… 



Varaklıya  pindi  yolda  geçär  bir  maşinaya,  aaç  sallanarmış  kökündä  nesä.  “Yoldan”  yerinə 

“yolda”, “kökündən” yerinə “kökündə” işlənib.  

Çıxışlıq hal yerinə yerlik hal şəkilçisinin işlənməsinə Azərbaycan dilinin Laçın şivəsində təsadüf 

edilir.Məs.: Öydə(evdən) gəlləm.(Vəliyeva, 2003: 35) 



4.

 

Çıxışlıq hal yerinə yönlük halın işlənməsi 

Sarmaşıpta öptü klanetçiyi terli annısına, ama vazgeçmedi aalamaa. Ben bıktım ona. “Alnından” 

yerinə “alnına”, “ağlamaqdan” yerinə “ağlamağa” işlənib. 



5.

 

Yerlik hal şəkilçisinin yerinə yiyəlik hal şəkilçisinin işlənməsi 

Bu hala zərflərdən sifət düzəldən –ki şəkilçisi ilə düzələn söz birləşmələrində müşahidə edilir: 



Titiredi altınkı dudaa, önünkü kapudan, önünkü dişlerim. 

“Altınkı ” yerinə “altdakı”, “önünkü” yerinə “öndəki” işlənib. 

6.

 

Yerlik halın yerinə çıxışlıq halın işlənməsi 

Ev yanından bir kan izi kalmış. “Yanında” yerinə “yanından” işlənib. 

7.

 

Adlıq halın yerinə çıxışlıq halın işlənməsi 

Yarım saatten kadar sora onu etişti bir taliga. “Saat” yerinə “saatdan” işlənib. 

8.

 

Adlıq hal yerinə yerlik halın işlənməsi 

Çobannar kavalda çalarak kaldırarlar yola sürüyü.Yapı içindä sərindi.Kırçma içindä sa serindi. 

“Kaval” yerinə “kavalda”, “içi” yerinə “içində” işlənib. 



9.

 

Adlıq hal yerinə yönlük halın işlənməsi 

Qoxmaq feili ilə olan nümunələrdə müşahidə edilir: 

Ne o kadar burası insan etinä koktu.Tütünä kokar içerdä.Onuştan üstü kokardı südä. 

“Ət” yerinə “ətinə”, “tütün” yerinə “tütünə” işlənib. (Özkan, 1996: 125-127)  

Türkiyə Türkcəsi ilə Azərbaycan dili arasında hal şəkilçiləri arasındakı fərq cüzidir.Məs.:  

Yalın-adlıq ( kapı - qapı); Tamlayan (ilgi) –yiyəlik ( kapının – qapının); Yönelme – yönlük ( kapıya 

– qapıya ); Yükleme – təsirlik ( kapıyı – qapını); Kalma – yerlik ( kapıda – qapıda ); Çıkma - çıxışlıq ( 

kapıdan – qapıdan). 

Azərbaycan  dilində  -dən  çıxışlıq  halın  şəkilçisi tələb olunduğu  yerdə Türkiyə  Türkcəsində  həmin 

mövqedə  -də  yerlik  hal  şəkilçisi  işlənir:  Ahmede  sormak  “Əhməddən  soruşmaq”(Rəsulov,  Rüstəmov, 

2007: 79).Bu xüsusiyyət eynilə oğuz atalar sözlərində də var: Şaşıya yol sorsan, közi toqruluquna getmə, 



yara  düşərsən.  Yusif  Seyidov  qeyd  edir  ki,  Nəsiminin  dilində  yönlük  hal  özünün  qrammatik  mənası 

daxilində  tam  sabitləşməmiş,  özündən  başqa  ismin  üç  halının  (təsirlik,  yerlik,  çıxışlıq)  mövqeyində  də 

işlənmişdir. Məsələn, Türrəsininin cəfalərin sorsa bu mübtəlaya kim...cümləsində “mübtəlaya” formaca 

yönlük  halda  olsa  da,  o,  çıxışlıq  hal  yerində  işlənmişdir:  “sorsa  bu  mübtəlaya”  ifadəsi  “sorsa  bu 

mübtəladan”,  Səltənətin  zövqünü  arifə  sor  kim,  bilir  cümləsində  “arifə  sor”  fadəsi  “arifdən  sor” 

mənasındadır. Yaxud Cananə mənim sevdiyimi can bilir ancaq cümləsindəki “cananə” forması – yönlük 

hal “cananı” mənasında –təsirlik hal əvəzinə işlənmişdir(Seyidov, 1996: 80).  

Gah  çıxmışam,  İsa  kimi,  çərx  üstünə  oturmuşam  cümləsində  “çərx  üstünə  oturmuşam”  ifadəsi 

“çərx  üstündə  oturmuşam”  mənasındadır,  yəni  burada  yönlük  hal(üstünə),  yerlik  hal  (üstündə)  əvəzinə 

işlənilmişdir(Seyidov,  1996:  78).  H.Mirzəzadə  yerlik  hal  əvəzinə  yönlük  hal  şəkilçisinin,  yönlük  hal 

əvəzinə  yerlik  halın  işlənməsini  keçmişin  bir  növ  qalığı  hesab  edir:  “Məkani  hallar  sırasına  daxil  olan 

həm  yerlik,  həm  də  yönlük  hal  ehtimal  ki,  qədim  dövrlərdə  bir-birinə  çox  yaxın  bir  şəkilçi  ilə  ifadə 

edilmişdir. Bu dəqiqləşmə isə sonrakı dövrlərdə başa çatdırılmışdır” (Mirzəzadə, 1962: 84). 

Türkmən dilində də bir hal digər halın yerinə işlənir və məna baxımından bir-birini əvəz edir. Bu 

hala  daha  çox  iş  və  hərəkətin  yerini,  istiqamətini  və  çıxış  nöqtəsini  bildirən  hallarda  təsadüf  edilir. 

Məsələn:  

1. Türkmən dilində təsirlik hal ilə yerlik hal bir-birinin yerinə işlənə bilir: Men bağı gezdim-Men 



bağda gezdim.Bağı sözü hərəkətin obyektini, bağda sözü isə hərəkətin yerini bildirir. 

2. Təsirlik hal ilə çıxışlıq hal bir-birini əvəz edə bilir: 



Köprünü geçip, sağa sovul(dön)-Köprüden keçip, sağa sovul. 

3. Yiyəlik hal ilə çıxışlıq hal bir-birini əvəz edə bilir: 



674 

III. Uluslararası Türk Dünyası Araştırmaları Sempozyumu 



Çagaların  birneçesi  sallançakda  gözjagazlarını  güdürip,  dodajıklarını  münküldedip,  haşıdaşıp 

yatırdılar-  Çagalardan  birneçesi  sallançakda  gözjagazlarını  güldürüp,  dodajıklarını  münküldedip, 

haşırdaşıp yatırdılar. “Körpələrdən bir neçəsini yelləncəkdə gözlərini güldürərək, dodaqlarını büzdürərək 

tez yatırtdılar”. (Türkmən Dilinin Grammatikası, 2000: 75-76) Bu hadisəyə dilimizdə də müşahidə edilir. 

Azərbaycan  dilində  də  ismi  birləşmələrin  əsas  tərəfi  sayla  ifadə  olunduqda  birinci  tərəfi  çıxışlıq  halda 

işlənir: uşaqlardan biri. 



Türkmən dilində 

4. Adlıq hal ilə yerlik halın bir-birini əvəz etməsi:  



Tagtada yaz! – Tagta yaz! “Lövhəyə yaz” 

5. Təsirlik hal ile yönlük halın bir-birini əvəz etməsi: 

Keçeni düypde döşe!- Keçeni düype döşe! “Keçəni dibə döşə” 

Tamdırda ot göyber!-Tamdıra ot göyber! “Təndirdə od qala” 

6. Yönlük və çıxışlıq halın bir-birinin yerinə işlənməsi:  



Eti agaja as! – Eti agaçdan as! “Əti ağacdan as” 

7. Yerlik və çıxışlıq halın bir-birinin yerinə işlənməsi:  



Düypden oturun! – Düypde oturun! “Dibdə oturun” (Türkmən Dilinin Grammatikası, 2000: 77) 

Qeyd olunan cümlələrdə yerlik halda olan sözlər hərəkətin obyektini, yönlük halda olan sözlər isə 

hərəkətin istiqamətinin yerini bildirir.Türkmən dilində yönlük və yerlik hal “wagt-orun düşüm”, monqol 

dilində “yöneliş-orun”  termini  ilə ifadə  olunur.  Bu  da  monqol  dilində  də  hər iki  halın  bir-birinin  yerinə 

işlənə bildiyini göstərir(Türkmən Dilinin Grammatikası, 2000: 76) . 

Bundan  başga  Türkmən  dilində  də  kəsr  saylarında  yerlik  və  çıxışlıq  hallarının  bir-birinin  yerinə 

işləndiyi  müşahidə  olunur.Məs.:  Üçden  iki-üçde  iki;  yediden  dört-yedide  dört  (Türkmən  Dilinin 

Grammatikası,  2000:  77).  Azərbaycan  dilinin  Abşeron  şivələrində  saylarda  yönlük  hal  əvəzinə  çıxışlıq 

halın işləndiyi görülür.Məs.: “Saat beşə işləyir” əvəzinə “Saat beşdən işdir”(Vəliyeva, 2003: 35). 

Nəticə: 

1. Müxtəlif dillərdə halların sayı müxtəlifdir. 

2. Oğuz qrupu Türk dillərində qrammatik halların müqayisəsi zamanı hal şəkilçilərinin bu dillərdə 

fərqli şəkillərdə işləndiyi görülür. 

3. Qaqauz dilində halların əvəzlənməsinin hər növünə təsadüf edilir. 

4.  Bu  dillərdə  ismin  müəyyən  bir  hal  şəkilçisinin  bəzən  paralel,  bəzən  də  başqa  bir  vəzifədə 

işləndiyi halına təsadüf edilir. 

5.  Türkmən  dilində  bir  hal  digər  halın  yerinə  işlənir  və  məna  baxımından  bir-birini  əvəz 

edir.Yönlük,  yerlik  və  çıxışlıq  hallar  bir-birinin  yerinə  çox  rahat  şəkildə  işlənir  və  heç  bir  məna 

dəyişikliyinə səbəb olmur. 

6. Azərbaycan dilində də məkani halların paralelliyi milli dilimizin formalaşması dövrlərinə qədər 

müşahidə edilir. 

7.  Azərbaycan  və  Türkiyə  Türkcəsi  şivələrində  bir  hal  şəkilçisinin  başqa  bir  halın  qrammatik 

mənasını ifadə etməsi hallarına rast gəlinir. 

8.  Nümunələrdə  görüldüyü  kimi  oğuz  qrupu  Türk  dillərindən  qrammatik  halların  mənaca 

əvəzlənməsi  qaqauz  və  Türkmən  ədəbi  dillərində,  Azərbaycan  və  Türk  dillərində  isə  şivələrdə  təsadüf 

edilir. 

9. Qədim abidələrin dilində də halların mənaca əvəzlənməsi görülür. 



ƏDƏBIYYAT 

Благова Г.Ф.(1982).Тюркские склонения ареально-историческом освещении, Москва:Наука 

Brendemoen,  B.  (1998).  “Turkish  Dialects”,  The  TurkicLanguages,  ed.  Lars  Johanson-  Èva  Á.  Csató,  Routledge: 

London and New York, s. 236-241. 

Budaqov R.A.(1956). Dilçiliyə dair oçerklər, Bakı: Azərnəşr 

Deny, J(2004). Türk Dili Gramerinin Temel Kuralları (Türkiye Türkçesi), Türkçeye Çeviren Oytun Şahin, Ankara: 

TDK Yay. 

Dəmirçizadə Ə.(1962). Azərbaycan dilinin üslubiyyatı, Bakı: Azərtədrisnəşr 

Gabain Von A. (1988). Eski Türkçenin Grameri, (çeviren Mehmet Akalın), Ankara: Türk Tarih Kurumu Basımevi 


675 

Dr. Z. TEYMURLU-Dr. Z. EMİROĞLU/Oğuz Grupu Türk Dillerinde Hal Şekilçilerinin Menaca… 

Gülsevin,G (1997). Eski Anadolu Türkçesinde Ekler, Ankara: TDK Yay. 

Kara M. (2005).Türkmen Türkçesi Garmeri, Ankara: Gazi Kitabevi 

Karahan, L. (1996). Anadolu Ağızlarının Sınıflandırılması, Ankara: TDK Yay. 

Mirzəzadə H. (1962). Azərbaycan dilinin tarixi morfologiyası, Bakı: Azərbaycan Dövlət Universiteti 

Rəsulov Ə.A.Rüstəmov R.Ə.(2007). Türk dili-Dərslik, Bakı:Bakı Universiteti nəşriyyatı 

Özkan  N.  (1996).  Gagavuz  Türkçesi  Grameri,  Giriş-Ses  Bilgisi  –  Şekil  Bilgisi-  Cümle-  Sözlük  Metin  Örnekleri, 

Ankara: TDK Yay. 

Seyidov Y.(1996). Nəsiminin dili, Bakı: “ Azərbaycan Nəşriyyatı” 

Şirəliyev M.(2008). Azərbaycan dialektologiyasının əsasları. Bakı:Şərq-Qərb 

Tekin, T.(2003). Orhon Türkçesi Grameri, İstanbul: Simurg Yay. 

Türkmən  Dilinin  Grammatikası-Morfologiya  (2000).  (Prof.Miratgeldi  Söyegovun  redaksiyonu  ile),  Ankara:  TDK 

armağanı 

Vəliyeva G. (2003). Azərbaycan dialektologiyası, Bakı: “Nurlan” 

Zeynalov F.R.(2008). Türk dillərinin müqayisəli qrammatikası, Bakı: «MBM» nəşriyyatı. 

 

 


676 

III. Uluslararası Türk Dünyası Araştırmaları Sempozyumu 

 



Достарыңызбен бөлісу:
1   ...   94   95   96   97   98   99   100   101   102




©emirsaba.org 2024
әкімшілігінің қараңыз

    Басты бет