Iii beynəlxalq türk dünyasi araşdirmalari simpoziumu III. Uluslararasi türk dünyasi araştirmalari sempozyumu ІІІ халықаралық ТҮркі әлемі зерттеулері симпозиумы



Pdf көрінісі
бет87/102
Дата03.03.2017
өлшемі42,43 Mb.
#6018
1   ...   83   84   85   86   87   88   89   90   ...   102

Keywords: lexeme, dialecticism, writing monuments, Turkic languages, household terms. 

“İnsan dili – qeyri-adi çoxşaxəli fenomendir. Dilin həqiqi mahiyyətini anlamaq üçün onun müxtəlif 

aspektlərdən  nəzərdən  keçirilməsi  zəruridir;  onun  necə  qurulması,  onun  sisteminin  elementlərinin  hansı 

münasibətdə olması, ətraf mühit tərəfindən onun hansı təsirlərə məruz qalması, tarixi inkişaf prosesində 

hansı  səbəblərə  görə  dildə  dəyişikliklərin  baş  verməsi,  insan  cəmiyyətində  dilin  hansı  konkret 

mövcudolma formaları və funksiyaları əldə etməsi nəzərdən keçirilməlidir” (Общее, 1970: 9).  

Dil sanki canlı bir orqanizmdir. Onun lüğət tərkibində ayrı-ayrı leksik vahidlər yaranır, yaşayır və 

işləklikdən düşür, obrazlı desək, ölür. Dilin lüğət tərkibinin aktiv hissəsindən çıxan leksik vahidlərin bir 

qismi onun passiv fonduna keçir. Ədəbi dildə arxaikləşən sözlərin bir hissəsi bütövlükdə dil baxımından 

köhnələrək işləkliyini itirir, həm ədəbi dildən, həm də onun dialekt və şivələrindən çıxır, bir hissəsi isə 

yalnız  ədəbi  dil  baxımından  köhnələrək,  dilin  bu  və  ya  digər  dialekt  və  şivələrində  işləkliyini  qoruyub 

saxlayır.  

“Dildə bu və ya başqa bir sözün köhnəlməsi olduqca mürəkkəb bir prosesin nəticəsidir. Buna görə 

də bu və ya digər sözün köhnəlməsi üçün süni olaraq sərhəd qoymaq mümkün deyildir. Söz dildə ya uzun 

illər  fəal  vahid  kimi  ömür sürür,  ya  da  bəzi səbəblərlə  əlaqədar  olaraq  müəyyən  dövrdən sonra  köhnələ 

bilir. Hər bir sözün taleyi onun ifadə etdiyi məna ilə, xidmət etdiyi xalqın düşüncəsi ilə bağlı olur. Bütün 

bunlara  əsasən  də  sözün  köhnəlməsi  obyektiv  qanunauyğunluq  əsasında  meydana  çıxır”  (Qurbanov, 

2003: 215). 

Vaxtilə  Azərbaycan  ədəbi  dilində  fəal  şəkildə  işlənmiş  xeyli  sayda  leksik  vahid  vardır  ki,  hal-

hazırda onlar müasir ədəbi dildə işlənmir, lakin bir sıra dialekt və şivələrdə, həmçinin tədqiq etdiyimiz 

Qərbi  Azərbaycan  şivələrində  işlənməkdədir.  Bu  qəbildən  olan  sözlər  insanın  həyat  və  fəaliyyətinin 

müxtəlif sahələrini əhatə edir – qohumluq əlaqələrini bildirən arxaik sözlər, məişətlə bağlı arxaik sözlər, 

təsərrüfatla bağlı arxaik sözlər və s.  

“Dilimizdə  sözlərin  arxaikləşməsinin  müxtəlif  təzahürləri  vardır.  Belə  ki,  bəzi  sözlərin  özü,  bəzi 

sözlərin  isə  mənası  köhnəlir.  Buna  görə  də  arxaik  sözlər  bir-birinin  eyni  olmayıb,  müxtəlif  növlüdür” 

(Qurbanov,  2003:  218).  Bu  söz  qrupları  içərisində  məişətlə  bağlı  arxaikləşmiş  sözlər  xüsusi  maraq 

doğurur: dam, aş, bəlgə, sini və s. Bunları ayrı-ayrılıqda nəzərdən keçirək: 

1.Dam  leksik  vahidi  Karvansaray  və  Kalinino  şivələrində  “tövlə”,  Çəmbərək,  Vedi,  Zəngibasar 

şivələrində  “ev,  hər  cür  tikili  bina”  (Bayramov,  2011:  115)  mənalarında,  Vedibasar,  Gərnibasar, 

Zəngibasar  mahalları  və  İrəvan  şəhəri  şivələrində  “1.  ev;  2.  hər  cür  tikili”  (Ələkbərli,  2009:  44) 

mənalarında işlənmişdir. Bundan əlavə, Çəmbərək şivəsində əl damı ifadəsi “ev əşyalarının bir hissəsinin 

                                                      

 

ADPU Müasir Azərbaycan Dili Kafedrası, sevincsadigova@gmail.com  



584 

III. Uluslararası Türk Dünyası Araştırmaları Sempozyumu 



qoyulduğu əlavə tikili” mənasını (Bayramov, 2011: 115), Vedibasar, Gərnibasar, Zəngibasar mahalları və 

İrəvan şəhəri şivələrində dam-daş leksemi isə “ev, bina tikili” (Ələkbərli, 2009: 44) mənalarını ifadə edir. 

«Древнетюркский  словарь»-da  Mahmud  Kaşğariyə  əsaslanaraq  bu  leksik  vahid  “divar” 

mənasında izah olunmuşdur: “ol tamqa tirändi – он прислонился к стене; ol tamïγ jölädi  – он подпер 



стену;  topraq  qaza  tam  toqïju  –  копая  землю,  воздвигая  стену»  (Древнетюркский,  1969:  529). 

Ş.Yunusova V.V.Radlovun lüğətinə əsaslanaraq, dam (tam) sözünün uyğur, qırğız, kaşğar, cağatay və s. 

dillərdə “üstü örtülü daş ev, divar qatı” mənasında işləndiyini qeyd etmişdir (Yunusova, 2005: 18). 

Hal-hazırda  dialekt  və  şivələrdə  işlənən  bu  leksik  vahid  vaxtilə  ədəbi  dildə  də  işlək  olmuşdur: 

“Kitabi-Dədə  Qorqud”da:  “Gördi  kim,  oğrı  köpək,  yekə  dana  evini  bir-birinə  qatmış,  tavuq  komasına, 

sığır  damına  dönmiş”  (Kitabi,  2004:  23).  “Qara  don`uz  damında  yatur,  degil!”  (Kitabi,  2004:  89);  

İ.Nəsimidə: “Ol dam içində mən bilirəm kim, nə danədir” (Nəsimi, 2004: 157);  

Qərbi Azərbaycan şivələrində işlənməklə yanaşı, bu leksik vahid Azərbaycan dilinin digər dialekt 

və  şivələrində  də  işlənir.  Kürdəmir,  Quba,  Ordubad  şivələrində  “tavan”  mənasında:  Evin  damı 

qurtarmayıb (Ordubad). Gəncə, Göyçay, Karvansaray, Kürdəmir, Salyan şivələrində “tövlə” mənasında: 

Qoyunnarı  dama  salmışam.  Borçalı,  Cəbrayıl,  Gədəbəy,  İmişli,  Qazax  şivəsində  “qazma”  və  “hər  cür 

tikili, bina” mənasında işlənir (Azərbaycan, 2007: 113). 

2.  leksik  vahidi  Çəmbərək,  Kalinino,  Zəngibasar  şivələrində  “plov”,  Basarkeçər  şivəsində  isə 



“əriştə”  (Bayramov,  2011:  48)  mənasında  işlənir.    kökü  ilə  bağlı  Qərbi  Azərbaycanın  Ağbaba 

şivələrində məcazi mənalı aşırmax (yemək), Zəngilan şivəsində aşxa (quru otun heyvan yeyəndən sonra 



qalan hissəsi - qırıntıları), Culfa şivəsində isə aşmal (piti) sözləri də diqqəti cəlb edir (Ələkbərova, 2004: 

83).  Vedibasar,  Gərnibasar,  Zəngibasar  mahalları  və  İrəvan  şəhəri  şivələrində    kökü  ilə  bağlı  aşqara 

leksik  vahidi  “plovun  xuruşu,  qarası”  (Ələkbərli,  2009:  13)  mənasında,  Meğri  şivəsində  aşdan-başdan 

“Novruz bayramı günü evdən kənarda bişirilən plov” (Bayramov, 2011: 49) mənasında işlənir. 

E.V.Sevortyan Türk dillərində  leksik vahidinin 8 mənasını izah etmişdir: 1. yemək, qida, xörək, 



azuqə  mənasında  Türkmən,  Türk,  krım-tatar,  karaim,  qumıq,  qaraçay-balkar,  qırğız,  qazax,  noqay, 

qaraqalpaq, tatar, başqırd, uyğur, salar, lobnor, altay, xakas, tuvin, yakut dillərində; 2. şorba mənasında 

Türk,  karaim,  krım-tatar,  tatar,  başqırd  dillərində;  3.  plov  mənasında  Türkmən,  Azərbaycan,  qumıq, 

özbək,  uyğur  dillərində  və  dialektlərində, həmçinin,  sıyıq  mənasında  Azərbaycan  və  salar dillərində;  4. 



qonaqlıq,  ziyafət  mənasında  sarı  uyğur  dilində;  5.  yas  mərasimi  mənasında  qırğız,  qazax,  qaraqalpaq, 

uyğur dillərində; 6. çörək mənasında qumıq, xakas dillərində; buğda mənasında altay, xakas dillərində və 

s.; 7. bəhrə mənasında qırğız, yakut dillərində, meyvə mənasında (yalnız bəzi bitkilərə aid) qırğız dilində, 

ərzaq mənasında yakut dilində; 8. xeyir, səmərə mənasında yakut dilində (10, s.211). 

E.V.Sevortyan  qeyd  edir  ki,  Türk  dilləri  arasında    sözünün  ən  qədim  mənalarından  biri  



bişirilmiş, qaynadılmış, yalnız ətdən deyil, həm də tərəvəzlərdən hazırlanan “şorba” mənasıdır. Bu leksik 

vahidin kifayət qədər qədim, ümumiləşdirilmiş “yemək, xörək, qida” mənasının Türk dillərinin ən qədim 

abidələrində  də  işləndiyini  qeyd  edən  müəllifin  bir  fikri  ilə  razılaşmaq  olmaz  ki,  o,    sözünün 

ümumiyyətlə  “yemək,  xörək,  qida”  mənasının  yalnız  Azərbaycan  dili  istisna  olmaqla,  bütün  Türk 

dillərində  işləndiyini  qeyd edir  (Севортян,  1974:  211).  Halbuki  Azərbaycan  dilində  də  leksik  vahidi 

ümumiyyətlə  bütün  yeməklərin  adını  bildirmişdir.  B.Əhmədov  qeyd  edir  ki:  “Bütün  xörəklərin  adı  aş 

olub.  İndi  məna  daralıb,  söz,  əsasən,  plov  mənasında  işlədilir.  Amma  aşpaz,  qatıqaşı,  aşxana,  ayranaşı 

kimi  sözlərdə  qədim  məna  qalmaqdadır  (qatıqaşı  heç  də  plov  demək  deyil.  Aşpaz  heç  də  təkcə  plov 

bişirməklə məhdudlaşmır və s.” (Əhmədov, 1999: 48). 

V.V.Radlov  lekseminin 7 mənasını göstərmişdir: 1. qida, yem mənasında teleut, altay, lebedin, 

şor,  qara qırğız,  qırğız,  tarançin,  barabin,  kazan,  koman  şivələrində,  Azərbaycan  və  Krım  dillərində;  2. 

ziyafət,  qonaqlıq  mənasında  kazan,  koman,  uyğur  dillərində;  3.  plov  mənasında  Azərbaycan  dilində;  4. 

unlu  şorba  mənasında  Türk  dilində;  5.  çörək  mənasında  teleut  və  altay  dillərində;  6.  arpa  mənasında 

barabin  və  şor  dillərində;  7.  sap  və  ya  parçanı  bərkitmək  üçün  undan  hazırlanan  yapışqan  mənasında 

kazan dilində (Радлов, 1893: 583-585). 

«Древнетюркский словарь»da aş leksik vahidinin: 1. yemək, qida (biliglig kišilär bïšïγ jer ašïγ – 



bilikli adamlar yeməyi bişmiş yeyirlər; tonum qoj jüŋi tap jegüm arpa aş – geyimim qoyun yunundandır, 

(bu) bəsimdir, yeməyim (isə) arpadır); 2. ziyafət, qonaqlıq (qalï ašqa bẹglär oqïsa sẹni - əgər bəylər səni 



ziyafətə çağırsa; olardïn birisi küdänkä aš ol / ya sünnät ašï ya toγursa oγul  – onlardan (ziyafətlərdən) 

biri  toydur  /  və  ya  oğlunun  sünnəti  ya  da  doğulmasıdır)  (Древнетюркский,  1969:  61)  mənaları  izah 

olunmuşdur. Bundan əlavə, aš baščïsï – baş aşpaz (aš baščïsï χan salar negü tẹg kẹräkin ajur – bu fəsil 



585 

Doç. Dr. Sevinc SADIKOVA/Garbi Azerbaycan Şivelerinin Leksik Terkibi  



baş aşpazın necə olması barədə bəhs edir); aš ičkü – yemək və içki, qida (azuča jẹmä kirlig tapčalïγ javïz 

artaq  aš  ičkülärig  adïnlarqa  bertim  ẹrsär  –  və  ya  əgər  mən  çirklənmiş,  pis  yeməyi  başqalarına  təklif 

etsəydim);  aš  iščisi  –  mətbəx  işçisi,  aşpaz  (nẹkü  tẹg  kẹräk  ajγïl  aš  iščisi  –  de,  aşpaz  necə  olmalıdır

(Древнетюркский,  1969:  61-62)  və  s.  ifadələrin  tərkibində  aş  lekseminin  işlənməsinə  aid  nümunələr 

verilmişdir. 

Birinci  mənasında  özünü  daha  çox  Muğan  qrupu  şivələrində  saxlamışdır.  Neftçala  şivəsində 

xəmraşı,  süddüaş,  ayran  aşı  (dovğa)  kimi  yemək  adlarında  bu  söz  öz  varlığını  qoruyub  saxlamışdır.  Aş 

sözünə  xana  şəkilçisi  qoşularaq  aşxana  sözünü  əmələ  gətirmişdir  ki,  Salyan  şivələrində  işlənən  bu  söz 

“yemək bişirilən və yeyilən kiçik ev, daxma” mənasını ifadə edir. Aş sözünə ikinci mənasında isə Şərqi 

Abşeron şivələrində rast gəlinir. Məs.: alla:şı, həcaşı, orucaşı, imamaşı mərasimləri. Üçüncü mənasında 

isə aş sözü semantik daralmaya  məruz qalaraq konkret bir yemək adı ilə bağlı olmuşdur. Aş sözü  əksər 

şivələrdə plov sözünün sinonimi kimi, bəzi şivələrdə isə dovğa mənasında işlənir. Aş sözü ilə bağlı olaraq 

bir neçə yemək adları da yaranmışdır. Məs.: lobyalı aş, çığırtmalı aş və s. (Məmmədova, 2004: 104). 

  leksik  vahidi  vaxtilə  ədəbi  dilimizdə  məhsuldar  şəkildə  işlənmişdir:  “Umanına-usanana   

yedirdim.”  (Kitabi,  2004:  86)  nümunəsində  “yemək”;  “Ayğır  atım  boğazlayub  aşum  versün!”  (Kitabi, 

2004: 89), “Ölüləriŋə  verdigiŋ vaqt əllərindən aluram. Həm ölülərimiz içün verdügimiz aşı əllərindən 



çəkib, alub yer imiş” (Kitabi, 2004: 155) nümunələrində isə “ehsan” mənasında işlənmişdir. “Dastani-

Əhməd  hərami”də:  “Gəlir  danəvü  irişir  hərisə,  Dəxi  zərdəvü  hər  nə    ərisə”  (Dastani,  2004:  85); 

İ.Nəsimidə: “Ey rəqib, bir yerdə ölgil ki, bulunmaz aşü su, Qarğavü quzğun yığılsın leşinə, hey leşinə” 

(Nəsimi,  2004:  51);  Ş.İ.Xətaidə:  “Söz  vardır  ağulu  aşı,  Bal  ilən  edər  yağ  bir  söz”  (Xətai,  2006:  31), 



“Gözümün yaşın ki, saldım içdigim sudur mana, Bağrımın qanın ki, gördüm ağulu  aşımdır ol” (Xətai, 

2006: 69); şifahi xalq ədəbiyyatında: “Nə tökərsən aşına, o da çıxar qaşığına.; Harda aş, orda baş.; Molla 

aşı  gördü,  Quran  yadından  çıxdı.;  Azca  aşım,  ağrımaz  başım.;  Az  aşın  duzu  deyil.;  Aşının  suyunu 

verdim.” və s. 

“Bütün  oğuz  qrupunu  əhatə  edən  “aş”  ismi  müasir  Türk  ədəbi  dilində  “qida,  yemək,  şorba” 

mənasında, şivələrdə isə “plov”, “şirniyyat” mənasında işlənir. Türkmən ədəbi dilində yemək, qida, sıyıq, 

plov  mənalarını  ifadə  edən  aş  leksemi  aşxana  “yeməkxana”,  aşqazan  “mədə”  sözlərinin  kökü  kimi  də 

mövcuddur.  Aşxana  sözü  müxtəlif  fonovariantlarda    “mətbəx”  mənasında  Azərbaycan  dialektlərində, 

Türk  (aşğana,  aşhane),  krım  (aşxane),  tatar  (aşxanə),  qırğız  (aşkana),  qazax,  qaraqalpaq  (aşxana) 

dillərində müştərək olmuşdur (Ələkbərova, 2004: 82). Aş ismindən yaranmış aşamağ “xörək yemək” feli 

də  məlumdur  ki,  Azərbaycan  dilinin  Quba  və  Dərbənd  şivələrində  indi  də  işlənir.  Bu  felə  eyni 

fonosemantik  tərkibdə  Türk  dilinin  Afyon-Karahisar,  İstanbul,  Konya,  həmçinin  Krım-tatar,  Qaraçay-

balkar,  qırğız,  tatar,  başqırd  dillərində,  asa  şəklində,  qazax,  qaraqalpaq,  yakut,  aja  şəklində  tuva,  aşı 

şəklində isə karaim dilində rast gəlinir (Ələkbərova, 2004: 84). 

3. Bəlgə arxaik leksik vahidi Qərbi Azərbaycanın Dərələyəz şivəsində iki mənada işlənir: 1) ağacla 

vuruşan  zaman  özünü  müdafiə  etmək  üçün  qola  dolanan  çuxa,  palto,  pencək;  2)  adaxlanmış  oğlan 

evindən  qız  evinə  verilən,  göndərilən  ilk  nişan  şeyləri  (Mirzəyev,  2003:  324).  Vedibasar,  Gərnibasar, 

Zəngibasar mahalları və İrəvan şəhəri şivələrində də “adaxlanmış oğlan evindən qız evinə göndərilən ilk 



nişan  şeyləri”  (Ələkbərli,  2009:  19),  Əştərək  şivəsində  isə  bu  məna  ilə  yanaşı,  bəlgə  taxmax  “qızın 

barmağına  üzük  taxmaq,  başına  yaylıq  bağlamaq,  “hə”sini  almaq”  (Bayramov,  2011:  64),  Kalinino 

rayonunda bəlyə “qız evinə nişanla bağlı aparılan hədiyyə” (Bayramov, 2011: 65) mənalarını ifadə edir. 

Salyan  şivələrində  bəlgə  “bəhanə”  (Yaxşı  adam  bəlgə  gətirməz),  Bakı  şivələrində  “şaftalı  qaxı” 

(Ordubatdan  gələndə  birez  bəlgə  getirmişdim,  mənnəm  hansının  qəzəbinə  gəlib),  Şuşa  şivələrində  “gön 

aşılamaq  üçün  narın  qabığında  və  yarpağında  və  yarpağından  hazırlanan  maddə”  (Bəlgə  qurtardı,  gön 

istaxda  qaldı),  Zəngilanda  “boyaqçılıqda  istifadə  olunan  maddə”,  Bakı  və  Salyan  şivələrində  “sənəd, 

əsas”, , İmişli və Kürdəmir şivələrində “batması üçün balıq torunun yan iplərinə bağlanan qamış” (Lələ, 

torun bəlgəsi sınıb, qarğı gətirim düzəldəg) mənasında işlənir (Azərbaycan, 2007: 50). 

E.Əzizov bu leksik vahidin dialekt leksikasında  bəlgə//bəlyə şəklində işləndiyini qeyd edir: bəlgə 

(Gəncə,  Kəlbəcər),  bəlyə  (Şəki)  “evlənən  oğlan  tərəfindən  qız  evinə  göndərilən  birinci  nişan”;  bəlgə 

(Ağdaş),  “əkin  yerlərinin hüdudunu  bildirən  nişan”;  bəlgə  (Bakı)  “ağac  davasında  qola  sarınan  qalın 

parça”Bu yerə bəlgə qoy (Ağdaş); Nəsirin bəlgəsini qaytardılar (Gəncə) (Əzizov, 1999: 261).  

«Древнетюркский  словарь»da  bəlgə  leksik  vahidinin  belgü  fonovariantı  qeydə  alınmışdır  və 

mənası “əlamət, nişan” kimi izah edilmişdir: “qut bujanlar bẹlgüsi – xoşbəxt xeyirxahlıq əlamətləri; qut 


586 

III. Uluslararası Türk Dünyası Araştırmaları Sempozyumu 



bẹlgüsi  bilig  –  xoşbəxtliyin  nişanı  bilikdir;  kišilik  bolur  čïn  kiši  bẹlgüsi  -  əsl  insanın  əlaməti  – 

insanlıqdır” (Древнетюркский, 1969: 93).  

E.V.Sevortyan  bəlgə  lekseminin  mənalarını  belə izah  etmişdir:  “1.belge/bəlgə Türk,  lobnor,  altay 

dillərində  və  Azərbaycan  dilinin  dialektlərində  “işarə,  nişan,  əlamət,  sübut”,  Azərbaycan  dilinin 

dialektlərində  “nişanlanma  zamanı  verilən  hədiyyələr”;  Türkmən  dilində  “sənəd”;  altay  dilində 



“falabaxma”;  yakut  dilində  “qeyd,  irad,  gələcəyi  bilmə,  tanıma,  bilmə,  hissetmə”;  2.Türkmən,  Türk, 

karaim, qumıq, balkar, qaraçay-balkar, qırğız, noqay, qaraqalpaq, özbək, tuva, qazax, altay, lobnor, uyğur, 

tatar,  başqırd  dillərində  “işarə,  əlamət,  nişanə,  simptom,  fərqləndirici  xüsusiyyət,  iz,  şahidlik,  damğa”

çuvaş  dilində  “qəbirüstü  daş”  və  s.;  qaraçay-balkar,  qaraqalpaq,  tatar  dillərində  “simvol,  emblem”

qaraçay-balkar,  tatar,  özbək  dillərində  “nişan/döş  nişanı”;  karaim,  krım  tatarlarının  dillərində 

“məlumat”;  Türk,  lobnor  dillərində  “məqsəd,  nişangah”;  tuva  dilində  “falabaxma”;  3.qaqauz  dilində 

“işarələnmiş”;  Azərbaycan  dilində  “işarə,  əlamət”;  Türkmən,  Türk,  qaraqalpaq,  özbək,  tofalar,  çuvaş 

dillərində “məşhur” və s.; özbək dilinin dialektlərində “damğa, nişan”; 4.uyğur dilində “nəyinsə üzərini 



oymaqla  işarə  qoymaq”;  qaraqalpaq  dilində  “nişan  qoymaq,  işarələmək”  və  s.  mənaları  ifadə  edir 

(Севортян, 1974: 108-109). 

Bu sözə Orxon-Yenisey abidələrində də rast gəlinir: Bin yıllık, tümən günlük bitigimin, belgümin 

anta  yası  taska  yaratıtdım  (Min  illik,  on  min  günlük  yazımı,  işarəmi  (damğamı)  orada  yastı  daşa 

yazdırdım);  Qut  belgüsü  biliq  (Bilik  xoşbəxtliyin  əlamətidir);  bəhanə,  səbəb    və  s.  (Məmmədov,  2003: 

156). 


ƏDƏBİYYAT 

Общее языкознание. Формы существования, функции, история языка. Издательство «Наука», Москва. 

Qurbanov A. (2003), Müasir Azərbaycan ədəbi dili. Bakı. 

Bayramov İ. (2011), Qərbi Azərbaycan şivələrinin leksikası. Bakı, “Elm və təhsil”. 

Ələkbərli Ə. (2009), Qərbi Azərbaycanın dialektoloji lüğəti, Bakı.   

Древнетюркский словарь. (1969), Л, Наука. 

Yunusova  Ş.  (2005),  Azərbaycan  dili  şivələrində  arxaizmlər.  Filologiya  elmləri  namizədi  alimlik  dərəcəsi  almaq 

üçün təqdim edilmiş dissertasiya. Bakı. 

Kitabi-Dədə Qorqud (2004), Bakı, “Öndər nəşriyyat. 

Azərbaycan Dilinin Dialektoloji Lüğəti (2007), Bakı, Şərq-Qərb. 

Ələkbərova E. (2004), “Kitabi-Dədə Qorqud” Oğuz dilləri konteksində. Filologiya elmləri namizədi alimlik dərəcəsi 

almaq üçün təqdim edilmiş dissertasiya. Bakı. 

Севортян Э.В.  (1974),  Этимологический словарь  тюркских языков (Общетюркские и межтюркские  основы 

на гласные). Издательство «Наука», Москва. 

Əhmədov B.(1999), Azərbaycan dilinin qısa etimoloji lüğəti, Bakı, Mütərcim. 

Радлов В.В. (1893), Опыт словаря тюркских наречий. Т.1,ч.1. Санкт-Петербург. 

Məmmədova Q. (2004), Nəsiminin dili və Azərbaycan şivələri, Bakı, “Nurlan”. 

Dastani-Əhməd Hərami (2004), Bakı, “Şərq-Qərb”. 

Nəsimi İ. (2004), Seçilmiş əsərləri.2 cilddə, I c., “Lider nəşriyyat”, Bakı. 

Xətai Ş.İ. (2006), Seçilmiş əsərləri. Bakı, Çaşıoğlu. 

Mirzəyev H. (2003), Dərələyəz mahalının toponimləri və şivə sözləri. Bakı, “Ağrıdağ”. 

Əzizov E. (1999), Azərbaycan dilinin tarixi dialektologiyası. Bakı, Bakı Universiteti nəşriyyatı. 

Məmmədov A. (2003), Orxon Yenisey abidələri və  Azərbaycan dili: Leksika. Filologiya elmləri namizədi alimlik 

dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya, Bakı. 



EVİNİ BAŞINA UÇURMAQ (YIXMAQ), EVİNƏ OD VURMAQ (YANDIRMAQ) 

DEYİMLƏRİNİN TARİXİ KÖKÜ 

Seyfettin ALTAYLI



 

Xülasə:  Dil  bir  millətin  ən  mühüm  sosioloji  varlığıdır.  Deyimlər  və  atalar  sözləri,  bir  millətin  kainata 

baxışını, onun milli kimliyini əks etdirir. Deyimlərlə atalar sözləri arasında müəyyən fərqliliklər vardır. Bəzi 

atalar sözü deyimlərə, bəzi deyimlər də atalar sözlərinə yaxındır. Azərbaycan, Türkcənin həddən artıq zəngin 

bir coğrafiyasıdır və  burada  işlədilən deyimlər  mifoloji çağlardan bəri  yarana-yarana  gəlib günümüzə  kimi 

çatıbdır.  

Açar Sözlər: Dil, türklər, deyimlər, atalar sözləri, inamlar, anlayış, insan. 

Historical Root of the Expressions "to Bring Down (knock down) the House", "to Fire (burn) the 

House" 

Abstract: Language is the most precious sociology essence of a nation. İdiom and proverbs reflects national 

identity to the world. İdioms and proverbs even then they are different to each other. Same idioms are very 

near  to  proverbs  and  some  proverbs  are  very  near  to  idioms.  The  geography  of  Azerbaijan  is  very  vast  for 

Turkish language and meny idioms are composed from dhe era of mythology.  



Keywords:Language, turks, idioms, proverbs, beliefs, mantalty, human 

Dil, bir millətin özünün tarixi ilə paralel olaraq addımlayan və daimi olaraq inkişaf edən sosioloji 

xarakterli  varlığı,  milli  mənsubiyyətinin  də  bünövrə daşı  kimi  qəbul  edilən canlı  mədəniyyət  abidəsidir 

(Altaylı,  2010:  125).  Bir  dilin  öz  qanunları  çərçivəsində  inkişafını  araşdırma  işi  dilçiliyin  ən  aktual 

problemlərindən  biridir  (Qarayev,  1999:  7).  Təbii  olaraq  dilimiz  ilə  tariximiz  arasında  həddən  artıq  bir 

yaxınlıq  və  əlaqə  vardır  (Nevayî,  1996:  10).  Dilimiz  və  tariximiz  arasında  sınmaz  bir  əlaqə  vardır  və 

bunlar tarix boyu yanaşı addımlayıblar. Əlbəttə bir millətin dili, həm o millətin keçdiyi tarixi yolunu, həm 

də yola saldığı tarixi prosesləri özündə əks etdirir. Çünki tarixi proseslər hər bir millətin dilində müəyyən 

izlər salır və bu izlər tarix boyu o millətlə birlikdə yol gedir (Qıpçaq, 2002: 9).   

Azərbaycan  və  Anadolu  coğrafiyası  Türklüğün  ən  qədimdən  bəri  doğma  yurdudur.  Fuzuli 

bölgəsində Azıx kahası, Avey dağdakı Damcılı Mağara, Qobustandakı qayalıqlar, Urmiyə bölgəsindəki 

arxeoloji  qalıqlar,  indi  Ermənistan  işğalındakı  Soyuqbulaqda  tapılan  qaya  üstü  şəkillər,  Kür-Araz  boyu 

tapılan  mədəniyyət  qalıqları,  Konya  vilayətinin  Çumra  qəsəbəsi  yaxınlığındakı  Çatalhöyük  adlı  qədim 

yaşayış yerində tapılanlar, Hakkari vilayətində tapılan daşbabalar da bu fikrimizi təsdiqləyən dəlillərdir 

(Arazoğlu, 1999: 9). Bir sözlə biz buraların yerli xalqıyıq. Anadolu və Azərbaycan, həm  yerli, həm də 

böyük  köçlərlə buralara üz tutan Oğuz-Qıpçaq boylarının  yaratdığı və inkişaf etdirdiyi mədəniyyətlərin 

coğrafi məkanıdır. Bu fikirdən hərəkətlə Azərbaycan Türklüyünün yaratdığı mədəniyyətin, Türk Dünyası 

içində mümtaz bir yerə malik olduğunu vurğulamağımız vacib bir məsələdir. Bura  eyni zamanda sadəcə 

olaraq türklərin deyil, Şərq və Qərb mədəniyyətlərinin də keçid və tapışma yolu üstündə olmasından asılı 

bunlardan da müəyyən dərəcədə təsirlənib, onlara öz təsirini göstəribdir. Azərbaycan türklüyünün 13-cü 

əsrdə yetişdirdiyi Şeyx Səfiyəddin Urməvi (Az.S.Ensiklopediyası C.8, 1984: 409)., həmin əsrdə yaşamış 

böyük  astronomiya  alimi  Nəsrəddin  Tusi  (Az.S.Ensiklopediyası  C.7,  1983:  244),  ustad  Nizami 

(Az.S.Ensiklopediyası C.7, 1983: 244), 15-16-cı əsrdə yaşasa da nəfəsi öz təsirini və kəsərini itirməyən 

Fizuli (A.Britannica 1986: 207) məqsədimizin aydınlaşdırılmasında kifayət edəcək örnəklərdir. 

Mən bu məqalədə “Evini başına uçurmaq (yıxmaq), Evinə od vurmaq” deyimlərinin tarixi köklərini 

analiz etməyə çalışacağam. 

Öncəliklə deyim və atalar sözlərinə qısa da olsa nəzər salmaq istəyirəm. Azərbaycanda frazeoloji 

birləşmə,  idiom  adlanan  terminə  Türkiyədə  “deyim”  deyilir.  Azərbaycyan  Türkcəsində  deyim  isə 

tamamilə  başqa  mənada  işlədilir.  Bu  daha  çox  Türkiyə  Türkcəsində  işlədilən  “söyləm”  termini  yerində 

işlədilir. Söyləmin mənası isə Türkcə sözlükdə “Qəlibləşmiş söz, ifadə” anlamında izah edilib.

  

Azərbaycan dilinin izahlı lüğətində “idiom” termini haqda bunlar yazılıb: “Yalnız müəyyən bir dilə 



xas  olan  və  mənası  tərkib  hissələrini  təşkil  edən  sözlərin  ayrı-ayrılıqda  götürülən  mənası  ilə  düz 

gəlməyən, parçalanmayan söz birləşməsi; ifadə, ibarə, təbir” (Orucov, C.II: 504).  

                                                      

 



Bakı Avrasiya Universiteti, altayli_s@yahoo.com

 


588 

III. Uluslararası Türk Dünyası Araştırmaları Sempozyumu 

Yunan sözü olan frazəologiya Azərbaycan Dilinin İzahlı Lüğətinin ikinci cildində “Hər hansı dilə 

xas olan sabit söz birləşmələri və ifadələrin məcmusu” şəklində izah ədilib (Orucov, C.II: 209) TDK’nun 

Büyük Türkçə Sözlük adlı əsərdə isə deyim,

 “Ümumiyyətlə gerçək anlamından az çok fərqli olan, maraq 

doğuran anlam daşıyan qəlibləşmiş söz qrupu, təbir” şəklində izah edilib. Fikir verilsə hər iki lüğətin də 

bu  terminlə  bağlı  anlayışı  bir-birinə  çox  yaxındır,  hətta  eynidir  deyə  bilərik.  Azərbaycan  Dilinin 

Frazeologiya Lüğəti adlı əsərdə isə deyim, “Vahid leksik məna ifadə edən, əksər hallarda qarşılığının bir 

sözlə  ifadə  olunması  və  həmişə  bir  cümlə  üzvü  vəzifəsində  çıxış  etməsidir”  (Məhərrəmli,  2015:  3) 

şəklində izah edilib. 

Bugün  Türk  dünyasının  əhali  sayı  hardasa  üç  yüz  milyona  çatır  və  hələ  də  bir  şivəmizi  və  ya 

ləhcəmizi  ünsiyyət  dilinə  çevirə  bilməmişik,  ancaq  ingilislər  78  milyonluq  bir  əhaliyə  malik  olsalar  da 

dillərini  dünya  dili  səviyyəsinə  çatdırıblar;  bu  məsələ  hər  bir  Türk  ziyalısını  dərin  fikrə  aparmalı  və 

qarşımızda dayanan mövcud problemin həlli yolunda fikirlər irəli sürməli, hansı işlər görüləcəksə tezliklə 

görülməli,  gələcək  nəsillərin  qarşısında  aydınlıq  bir  yol  açılmalıdır.  Fikrimcə  bu  böyüklükdəki  Türk 

dünyasının  bir-birini  yaxşı  başa  düşməsini,  bir-birini anlamasını, xalqlar arasında  möhkəm  bir  ünsiyyət 

yaranmasını istəyiriksə yaxşı bilməliyik ki, öncəliklə terminoloji lüğətlərinin yaradılması vacib bir məsələ 

kimi  qarşımızda  dayanır.  Çünki  terminoloji  dili  dilin  hardasa  bütün  sahələrinin  özülünü  təşkil  edir  və 

danışıq dilinin gündəlik həyatının hər bir sahəsində öz hökmranlığını yaradıbdır. 

Bir  şeyi  də  diqqətdən  kənarda  buraxa  bilmərik.  Azərbaycan  Türkcəsi  bu  gün  təəssüflər  olsun  ki, 

Güney  Azərbaycanda  Fars  siyasətinin,  Azərbaycan  Cümhuriyyətində  də  Rusca  vasitəsi  ilə  Latın  köklü 

kəlmələrin və söz qruplarının təsirindən hələ də çıxa bilməyib. 

İran coğrafiyasında farslardan 3500 il əvvəlinə gedib çıxan bir mədəniyyətə malik olan biz türklər 

(Həqqi,  2005:  5)  siyasi  səhvlər  və  tutarsızlıqlar  səbəbi  ilə  dilimizin  hakimiyyətini  Farscaya  təhvil 

vermişik. Ancaq Azərbaycan Türkcəsinin güclü və dinamik genetik qurğusu bütün təzyiqlərə baxmayaraq 

öz milli kimliyini qoruyub-saxlaya bilib. 

Aydındır  ki,  hər  bir  xalq  öz  milli  xarakterinə  uyğun  deyimlər  və  atalar  sözləri  yaradır.  Bunların 

ikisi  də  qəlibləşmiş  ifadələrdir  və  bu  ifadələrin  bir  kəlməsini  götürüb  eyni  mənaya  gələn  ayrı  bir  sözü 

onun  yerinə  qoysan  artıq  o  nə  deyim  olar,  nə  də  atalar  sözü,  çünki  atalar  sözlərinin  də,  deyimlərin  də 

müəyyən bir vəzni, ifadə forması vardır. Buna örnək kimi də “Dəliyə yel ver, əlinə bel ver” şəklindəki 

atalar  sözünü  “Dəliyə  fit  ver,  əlinə  bel  ver”  şəklində  söylədiyiniz  zaman  artıq  o  atalar  sözü  olmaqdan 

çıxıb  yalnızca  maraqlı  bir  fikri  çatdıran  adi  cümləyə  dönmüş  olur  (Altaylı,  2010:  127).  İbrətamiz 

ifadələrdən ibarət olan atalar sözləri insanları daimi olaraq nəzarət çərçivəsində saxlayaraq onları tərbiyə 

etmək, onlara etiq qaydaları xatırlatmaq və əxlaq dərsi keçməyi məqsəd götürür. Bunlar da digər folklor 

örnəkləri kimi yaşanan mühitin gerçək olayları və faktları nəticəsində yaranırlar (Yaqubqızı 2013: 8). Bir 

xalqın  yaratdığı  atalar  sözlərini  və  ya  deyimləri  nə  özgə  bir  xalqa  məxsus  atalar  sözləri  və  deyimlərin 

içinə qatmaq mümkün deyildir, çünki hər bir xalq yaratdığı atalar sözü ilə deyimlərində öz milli kimliyini 

əks etdirir (Axundov: 160). Digər tərəfdən bir dildə olan deyimlərin sayının çoxluğu o dilin qədimliyinin 

göstəricisidir  (Adilov:  5).  Azərbaycan  Türkcəsi  Deyimlər  Sözlüğü  adlı  əsərimizdə  22  mindən  artıq 

deyimin yer tutması, bu dilin zənginliyini və qədimliyini sübut edən ən ümdə dəlildir (Altaylı, 2005: 7). 

Deyimlər  də  eyni  ilə  atalarsözləri  kimi  qısa  və  özlü  (lakonik)  söz  qruplarından  ibarətdilər.  “Ağ 

yuyub  qara  sərmək  Təhqir  etmək  (Altaylı,  2005:  27);  Cücə  basdırmaq  Təklif  edilən  şeyi  qəbul  etməmək 

(Altaylı,  2005:  151);  Tası  damdan  düşmək  Rüsvay  olmaq,  fiziki  qüdrətini  itirmək  (Altaylı,  2005:  496), 

Dəli qız ərin tanımamaq  Qatmaqarışıqlıq, qələbəlik, tünlük yer” (Binab: 184) bunlara örnək kimi verilə 

bilər.  


Deyimlərin  en  önəmli  xüsusiyyəti  və  onları  atalar  sözlərindən  ayıran  yeganə  fərq  deyimlərin  bir 

anlayışı ifadə etmələri və özlərinə məxsus qəlibləri, vəznləri olmalarıdır. Bu vəznlərdə də Türk şifahi xalq 

ədəbiyyatının ən qədim heca ölçüsü ilə üzləşirik (Oy: 561).  

Hər bir atalar sözü və deyim bəlkə də yüzlərlə il ərzində ancaq atalar sözü və ya deyim halına gəlir. 

“Evini  başına  yıxmaq  (uçurmaq)”,  “Evinə  od  vurmaq”  deyimləri  də  yüz  illər  ərzində  yaranmış  söz 

qəlibləridir. 

Atalar sözü isə qısa və lakonik qurğuya malikdilər, ümumiyyətlə də bir və ya iki cümlədən ibarət 

olurlar.  Daha  uzunları isə nadir  hallarda  qarşımıza  çıxır.   Anlam  yönündən  mütləq  və  aydın fikir  ifadə 

edən  atalar  sözü  eyni  zamanda  anlam  zənginliyinə  də  malik  olub  öyüd-nəsihət  verən  söz  qruplarıdır 

(Hatipoğlu, 1964: 468).  



589 

Seyfettin ALTAYLI/Evini Başına Uçurmak, Evine Od Vurmak Deyimlerinin Tarihi Kökü  

Məqalənin başında Azərbaycanın həddən artıq strateji bir coğrafiyada yerləşdiyini, yolların qovşaq 

nöqtəsində olduğunu və bir çox xalqla tarix boyu ünsiyyətdə olduğuna işarə etmişdim. İmperiya siyasəti 

güdən dövlətlər və xalqlar tarix boyu bu strateji bölgəni ya ələ keçirmək fikrinə düşüb və ya onu nəyin 

bahasına olarsa olsun  əldə etməyə çalışıb. Bu səbəblə tarix boyu yaranan hadisələr bəzən Azərbaycana 

böyük zərbələr də endirib. Azərbaycanın Monqol hakimiyyətinə keçdiyi və kütləvi qırğına məruz qaldığı 

tarixən məlumdur. 

Monqollar işğal etmək istədikləri yerlərin insanları onlara müqavimət göstərməz isə yalnızca hər 

bir şeyi  qarət edir,  ancaq onların canına toxunmurdu,  ancaq  müqavimət  göstərənləri isə  kütləvi  şəkildə 

qırır, şəhərlərini, kəndlərini yerlə yeksan edir, hətta onların dünyasını dəyişmiş xaqanlarının sümüklərini 

belə qəbirdən çıxardıb yandırırdı (Cüveyni, 1998: 327).  

Monqol hakimiyyəti Çingizin oğlu Ögədəy zamanında Çindən və Maçindən başlayıb Suriyəyə kimi 

gedib çıxırdı (Cüveyni, 1998: 193). Çingizin oğlu Cəbə Noyan Təbriz, Marağa və Naxçıvanı işğal edib 

xalqını kütləvi şəkildə qırdıqdan sonra Dərbəndən keçərək Qıpçaq Çöllərinə üz tutmuşdu (Cüveyni, 1998: 

160-161). Cəbə Noyan da bu davranışı atası Çingizdən görmüş və həyata keçirmişdi. Çingiz, Səmərqəndi 

işğal etdikdən sonra Xarəzmə bir ordu yolladı. Cığatay və Ögədəyin də onlara qoşulması ilə  Xarəzmi ələ  

keçirdilər. Peşə sahibi və sənətkar olan yüz mindən artıq insanı ayırıb digərlərini oğul-uşaq, qoca-qadın 

fərqi  qoymadan  qılıncdan  keçirdikdən  sonra  bütün  evləri  qarət  etdilər,  sonra  da  yıxıb-dağıtdılar  və 

peşəkar insanlarla sənətkarları əsir götürüb apardılar (Cüveyni, 1998: 147-149). 

Çingiz xan, böyük bir cahangir olmaqla yanaşı kütlə psixolojisini də yaxşı bilən bir sərkərdə idi. 

Özünə müqavimət edənlərə əsla mərhəmət etməzdi və bu işi hər gördüyü vaxt da onun xəbərinin yaxın-

uzaq hər bir tərəfə yayılmasına fikir verərdi, yəni o dövrün ən qüdrətli təbliğat maşınına malikdi.  

Uyğur türkləri idarəçilərinə o vaxtlar “idiqut” deyirdi. Çingiz zamanında xaqanları Barçuk idi. Qara 

Hitaylar monqolların “Kitan” tayfasındandı. Onlar Mavəraunnəhr və Türküstanın müəyyən şəhərlərində 

zəfər qazandıqları vaxt hökmdarlarının adı Qara Hitaydı. Uyğur xaqanı Barçuq da Qara Hitaya qarşı gələ 

bilməyəcəyini  anlayıb  onun  hakimiyyətini  qəbul  etməklə  birlikdə  müəyyən  qədər  də  vergi  ödəməyi 

boynuna götürdü. Qara Hitay da Uyğur bölgəsinə Şavkəm adlı birini şahnə təyin etdi. Şahnə isə, dini işlər 

xaric  digər  bütün  işlərdən  məsul  olan  və  onlara  nəzarət  edən  bir  rütbə  idi,  bir  növ  ümumi  valilik  kimi. 

Şavkəm,  Uyğur  bölgəsinə  yerləşdikdən  sonra  İduqut  Barçuku  saymadı,  onun  əmrlərinə  nəinki  boyun 

əymək heç fikir də vermədi. Çingiz xanın Hitay bölgəsində zəfər qazandığı xəbəri yayılar-yayılmaz İdiqut 

Barçukun əmri ilə Şavkəmin dalına düşdülər və onu Qara Xoca deyilən bir kənddə qısdırdılar. Şavkəm 

qaçıb bir evə girdi, uyğur əsgərləri də o evi Şavkəmin başına uçurub o biri dünyaya yolladılar (Cüveyni 

1998:  97).  Uyğurlar  bu  dəfə  Çingizin  hakimiyyətinə  daxil  oldu  və  Şavkəmin  başına  gələn  bu  iş  bütün 

ellərə yayıldı.  

Çingiz xan ölüb Ögədəy xaqan olar-olmaz Hıtay üstünə səfərə çıxdı. Önünə çıxan Hıtay ordusunu 

məhv  edib  Güney  Çindəki  Namging  (Nan-Ching)  bu  günkü  Kaifəng  şəhərinə  hücum  çəkdi.  Şəhərin 

idarəçisi  olan  Altun  Xan  öncə  müqavimət  göstərsə  də  onlarla  başa  çıxa  bilmədi.  Monqollar  şəhrə  daxil 

olub  Hıtay  əsgərlərinin  əksəriyyətini  qılıncdan  keçirdilər.  Altun  Xan  bunları  görüb  uşaqlarını  və 

yoldaşlarını  götürüb-qaçaraq  bir  evə  girdi.  Ögədəyin  qardaşı  Uluğ  Noyanın  əmri  ilə  evin  ətrafına 

təpələmə odun yığdılar və od vurdular. Altun Xan və ailəsi o evlə birlikdə yanıb kül oldu (Cüveyni 1998: 

183-190). Yenə bu xəbər də Monqol təbliğat maşını ilə dörd bir tərəfə yayıldı. 

Deyimlərin hər biri ya mifoloji, ya ictimai ya tarixi və ya hər hansı bir səbəbə görə yaranır, yüz illər 

ərzində xalqın dilində dolana-dolana deyim halına gəlir və müəyyən qəlibə düşmüş şəkildə nəsildən nəslə 

ötürülür.  Azərbaycan  Türkcəsində  işlədilən  “Evini  başına  uçurmaq  (yıxmaq)  və  “Evinə  od  vurmaq” 

şəklindəki deyimlərin də bu iki tarixi hadisədən bəhrələndiyi fikrindəyəm.  




Достарыңызбен бөлісу:
1   ...   83   84   85   86   87   88   89   90   ...   102




©emirsaba.org 2024
әкімшілігінің қараңыз

    Басты бет